Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bakı, 9 fevral, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 9 kiloqram 860 qram narkotik vasitə marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində əraziyə narkotik vasitəni götürmək məqsədilə gələn Bakı şəhər sakinləri – 1991-ci təvəllüdlü Şəhriyar Səlim oğlu Hüseyinov və 2001-ci il təvəllüdlü Səttar Niyazi oğlu Əliyev cinayət məsuliyyətinə cəlb olunublar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.02.2026 [14:15]
Bələdiyyələrlə bağlı 62 material istintaq orqanlarına göndərilib
- 09.02.2026 [14:11]
Ötən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
- 09.02.2026 [13:31]
Ötən il yanğınların sayında azalma qeydə alınıb VİDEO
- 09.02.2026 [12:56]
Qusarda “Ay işığı” restoranında normativ tələblərin pozulduğu müəyyən edilib
- 09.02.2026 [12:45]
Dənizin dostu, səmanın yaraşığı
- 09.02.2026 [12:33]