Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO
Bakı, 10 may, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən 4200-ə qədər məktəbin 90 faizi son 20 ildə ya tikilib, ya da əsaslı təmir olunub. Bəzi qəzalı məktəblər üzrə isə işlər mərhələli şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda prioritet böyük və daha çox şagirdi əhatə edən məktəblərin təmiri və yenidən qurulmasıdır.
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli binaların tikintisi həyata keçirilir. Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur.
Müxbirlər - Gülay Nəzərova, Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - İlham Nadirov