Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub – YENİLƏNİB VİDEO
Gəncə, 15 iyul, AZƏRTAC
Samuxda qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, zəhərlənənlər 28 yaşlı Aysel Əliyeva, 8 yaşlı Dəniz Əliyeva, 7 yaşlı Rza Əliyev, 32 yaşlı Cəmil Əliyev, 9 yaşlı Zümrüd Əliyeva, 15 yaşlı Arif Məmmədov, 6 yaşlı Afət Verdiyeva, 31 yaşlı Bəsti Verdiyeva, 8 yaşlı Gülay Verdiyeva və 3 yaşlı Ümid Verdiyevdir.
İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Həmin evin sakinləri və halvadan dadan qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.
17:45
Samux rayonunda kütləvi qida zəhərlənməsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, 10 nəfər qida zəhərlənməsi diaqnozu ilə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Zəhərlənənlər arasında azyaşlıların da olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Müxbir – Elcan Məmmədov