Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda “Dini mövzuların mediada təqdimatı” mövzusu müzakirə olunub YENİLƏNİB VİDEO

Qusar, 16 iyul, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə Qusar şəhərində "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda ölkənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, qəzet və xəbər saytlarını əhatə edən 30-dan çox media qurumunun 50-yə yaxın təmsilçisi, dövlət orqanları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, din xadimləri və blogerlər iştirak ediblər.

Tədbirdən əvvəl konfrans iştirakçıları Qusar şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizdəki tolerantlıq mühiti, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsi, Dövlət Komitəsinin "AMİN" İnformasiya Sistemi barədə videoçarxlar nümayiş olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında konfransın dini mövzuların mediada peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, müasir dövrdə informasiya mühitində baş verən sürətli dəyişikliklər media nümayəndələrinin üzərinə daha böyük məsuliyyət qoyur. Bu baxımdan dövlət orqanları ilə media arasında səmərəli əməkdaşlığın və peşəkar dialoqun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Sahir Məmmədxanov konfransın Milli Mətbuat Günü ərəfəsində keçirilməsinin rəmzi məna daşıdığını önə çəkərək, media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri ilə açıq dialoqunun Azərbaycanın şəffaflıq, obyektiv informasiya mübadiləsi və qlobal əməkdaşlıq prinsiplərinə sadiqliyinin bariz ifadəsi olduğunu bildirib. O qeyd edib ki, dövlət başçısının beynəlxalq gündəmdə mühüm yer tutan siyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə dair səsləndirdiyi fikirlər həm regionda, həm də dünyada baş verən proseslərin düzgün qiymətləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və davamlı sülhün təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Ramin Məmmədov bildirib ki, bugünkü konfrans çərçivəsində nümayiş olunan təqdimatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-din siyasətinin müasir çağırışlara uyğun inkişafını əks etdirir. “Azərbaycan tolerantlığı” sənədli filmi, Dövlət Komitəsinin həyata keçirdiyi rəqəmsallaşma siyasətinin tərkib hissəsi olan “AMİN” İnformasiya Sistemi və ictimaiyyətin maraqla izlədiyi “Hər məsciddə kitabxana” layihəsi vahid strateji baxışın əyani məhsuludur. Komitə sədri vurğulayıb ki, “Azərbaycan tolerantlığı” sənədli filmi ölkəmizdə formalaşmış dövlət-din münasibətləri modelini, dini müxtəlifliyin cəmiyyətdə qarşılıqlı etimadın, milli birliyin və ictimai sabitliyin mühüm amillərindən biri olduğunu göstərir. O bildirib ki, Azərbaycanda dini-mədəni irsin qorunması, ibadət yerlərinin bərpası və konfessiyalararası əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda bu dəyərlərin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarının kənarda da təqdimatı çox vacibdir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.

R.Məmmədov bildirib ki, “AMİN” İnformasiya Sistemi dini sahədə elektron xidmətlərin və informasiya resurslarının vahid platformada birləşdirilməsini təmin etməklə idarəetmədə şəffaflığın, operativliyin, səmərəliliyin artırılmasına, media və ictimaiyyət üçün etibarlı məlumat mənbəyinin formalaşdırılmasına imkan yaradacaq. Sistem rəqəmsal məkanda yanlış məlumatların yayılmasının qarşısının alınmasına da töhfə verəcək.

“Hər məsciddə kitabxana” layihəsinə də toxunan komitə sədri bildirib ki, təşəbbüs məscidlərin maarif və elm ocağı kimi tarixi ənənələrinin yaşadılmasına, mütaliə mədəniyyətinin inkişafına və sağlam dini maarifçiliyin təşviqinə xidmət edir.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov söyləyib ki, müasir informasiya məkanında media təkcə xəbər çatdıran vasitə deyil, həm də ictimai rəyin və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən mühüm sosial institutdur. O, dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırılmasının cəmiyyətdə dini sabitliyin, qarşılıqlı hörmətin və tolerantlığın möhkəmlənməsində mühüm rol oynadığını ifadə edib. Dini sabitliyin qorunması yalnız dövlət təşkilatlarının deyil, eyni zamanda media, dini icmalar, təhsil müəssisələri və vətəndaş cəmiyyətinin birgə məsuliyyətidir. Dağbəyi İsmayılov yoxlanılmamış və manipulyativ məlumatların cəmiyyətdə gərginlik yarada biləcəyini diqqətə çatdıraraq, media mənsublarını bu sahədə peşəkar, obyektiv və etik prinsiplərə sadiq olmağa çağırıb.

Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, Azərbaycanda din-media münasibətləri sağlam təməl üzərində formalaşıb və ölkə dünyada dini tolerantlıq, multikulturalizm ənənələri ilə seçilir. Onun sözlərinə görə, mətbuat milli-mənəvi dəyərlərin və mövcud tolerantlıq mühitinin cəmiyyətə, eləcə də beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasında mühüm rol oynayır. Ramin Cəfərov diqqətə çatdırıb ki, Baku TV fəaliyyətində peşəkarlıq, obyektivlik və milli maraqlar prinsiplərini rəhbər tutur, dini mövzuları manipulyasiyalardan uzaq şəkildə işıqlandırır. O, həmçinin media subyektləri ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın önəm daşıdığını deyib.

APA TV-nin baş direktoru Orxan Məmmədli rəhbərlik etdiyi media qurumu ilə Dövlət Komitəsi arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində hazırlanan "İMAN" layihəsinin cəmiyyətdə milli-mənəvi dəyərlərin, ailə institutunun və tolerantlıq ənənələrinin təbliğinə xidmət etdiyini bildirib. Dini sabitliyin qorunmasında dövlət strukturları və din xadimləri ilə yanaşı, medianın da mühüm rolu olduğunu, mövzuların işıqlandırılmasının yüksək məsuliyyət və etimad tələb etdiyini diqqətə çatdıran natiq bu sahədə faktlara söykənən, maarifləndirici və peşəkar jurnalistikanın cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını deyib. Orxan Məmmədli əlavə edib ki, media cəmiyyətin milli-mənəvi dəyərlərinin qorunmasında, sağlam düşüncənin formalaşmasında və dini maarifləndirmədə fəallıq göstərməlidir.

Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı rəqəmsal informasiya mühitində dini mövzuların manipulyasiya edilməsinin yaratdığı təhlükələrdən danışıb. O bildirib ki, müasir dövrdə informasiya təkcə xəbər mənbəyi deyil, eyni zamanda siyasi, psixoloji təsir və milli təhlükəsizlik amilidir. Dezinformasiya kampaniyaları getdikcə daha çox insanın dini inanclarını, milli kimliyini və mənəvi dəyərlərini hədəfə alır. Sosial şəbəkələrin dini diskursun əsas platformalarından birinə çevrildiyi, alqoritmlərin isə həqiqəti deyil, daha çox diqqət çəkən məzmunu önə çəkdiyi və müqəddəs mətnlərin kontekstdən çıxarılması kimi halların ən geniş yayılmış tendensiyalardan olduğu qeyd edilib.

“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov dini mövzuların mediada işıqlandırılmasının cəmiyyətin sabitliyi baxımından xüsusi məsuliyyət tələb etdiyini bildirib. O qeyd edib ki, informasiya mühitində yayılan hər bir xəbər ictimai rəyə təsir göstərir. Buna görə də dini mövzuların işıqlandırılmasında faktlara söykənmək, balansı qorumaq, stereotiplərdən və nifrət dilindən uzaq olmaq peşə etikası ilə yanaşı, ictimai məsuliyyət məsələsidir.

Radik İsmayılov dezinformasiya və süni intellekt vasitəsilə yayılan saxta məzmunun yaratdığı risklərə diqqət çəkərək, sağlam informasiya mühitinin dini sabitliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. O, həmçinin din xadimlərinin media ilə açıq əməkdaşlıq etməsinin, jurnalistlərin suallarını elmi və etibarlı mənbələrə əsaslanaraq cavablandırmasının, eləcə də dini mövzular üzrə ekspert bazasının formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Konfrans rəqəmsal informasiya mühitində dini mövzuların işıqlandırılması, informasiya manipulyasiyası və dezinformasiya ilə mübarizə, dini savadlılığın təşviqi, eləcə də medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolu ilə bağlı panel müzakirələri ilə davam edib.

 

Müxbir – Elxan Yusifli

Qusarda “Dini mövzuların mediada təqdimatı” mövzusu müzakirə olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO