Vüqar Süleymanov: Qazaxın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatları icra olunub VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O qeyd edib ki, 2025-ci ildən etibarən isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir. “İcra edilən əməliyyatlar zamanı 357,4 hektar ərazi təmizlənib, 1154 ədəd piyadaəleyhinə mina, 146 ədəd tankəleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib”.