Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Bakı, 31 avqust, AZƏRTAC

Müasir dünyada dövlətlərin beynəlxalq çəkisi yalnız ərazi, əhali və iqtisadiyyatının miqyası ilə müəyyənləşmir. Ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Xüsusilə qlobal iqtisadi fəallığın getdikcə daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının iqtisadi maraqlarla yanaşı, geosiyasi əhəmiyyət də qazandığı indiki mərhələdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır.

Azərbaycan məhz belə strateji mövqeyə malik dövlətlərdəndir. Ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur.

Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Bu siyasət Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmasına, regional və qlobal proseslərdə fəal iştirakına imkan yaradıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə dövlətimizin milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən siyasətin mühüm nəticələrindən biridir.

Son illərdə Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir.

AZƏRTAC Azərbaycan-ŞƏT əməkdaşlığının artan əhəmiyyətini şərtləndirən amilləri, mövcud əlaqələri və yeni əməkdaşlıq imkanlarını təhlil edir.

2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT bu gün 10 tamhüquqlu üzvü birləşdirir. Təşkilatın əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-in təxminən 23,1 faizinə bərabərdir.

Təşkilatın üzvləri arasında Çin, Hindistan və Rusiya kimi qlobal iqtisadi və siyasi güclərlə yanaşı, İran və Pakistan kimi geostrateji əhəmiyyətli dövlətlər, həmçinin Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan kimi ölkələri yer alır. Belarusun da üzvlüyü ilə ŞƏT-in Avrasiya miqyasında əhatə dairəsi daha da genişlənib. Təşkilatın 10 tamhüquqlu üzvündən əlavə, 2 müşahidəçi ölkəsi və 15 dialoq tərəfdaşı var.

ŞƏT bir tərəfdən dünyanın ən böyük əhali və istehlak bazarlarını, digər tərəfdən zəngin enerji və xammal resurslarına malik ölkələri, eyni zamanda, Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir platformada birləşdirir. Bu xüsusiyyət təşkilatın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də bağlıdır. Ölkəmiz 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşıdır. Bu status Azərbaycanın təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib.

ŞƏT-in 25 illik inkişaf yolu və genişlənən gündəliyi

ŞƏT-in bugünkü miqyasını onun keçdiyi yola nəzər salmaqla anlamaq mümkündür. Təşkilatın əsasında əvvəlcə Çinlə Mərkəzi Asiyanın postsovet dövlətləri arasında sərhədlərdə etimadın möhkəmləndirilməsi, hərbi risklərin azaldılması və qarşılıqlı təhlükəsizliyin təmin olunmasına yönələn mexanizmlər dayanırdı. Sonradan bu əməkdaşlıq daha geniş siyasi, təhlükəsizlik, iqtisadi və humanitar gündəliyə malik beynəlxalq təşkilata çevrildi.

2001-ci il iyunun 15-də Şanxayda yaradılan ŞƏT ilkin olaraq Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı birləşdirirdi. Sonrakı illərdə təşkilatın coğrafiyası genişləndi: 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus tamhüquqlu üzvlər sırasına qoşuldu.

Təşkilatın hüquqi əsasını 2002-ci ildə imzalanmış ŞƏT Xartiyası təşkil edir. Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək kimi prinsiplər təsbit olunub. Xartiya üzv dövlətlərin bərabərliyini və ŞƏT-in digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı yönəlmədiyini də müəyyən edir. Bu yanaşma təşkilatın mühüm xüsusiyyətini ortaya qoyur. ŞƏT vahid siyasi və ya hərbi blok deyil. Onun daxilində fərqli siyasi sistemlərə, xarici siyasət prioritetlərinə və iqtisadi maraqlara malik dövlətlər təmsil olunur. Buna baxmayaraq, həmin dövlətlər ortaq maraq kəsb edən məsələlər üzrə eyni platformada əməkdaşlıq edirlər.

Təşkilatın hüquqi bazasının 25-dən çox saziş və digər normativ sənədi əhatə etməsi, fəaliyyətinin isə təhlükəsizliklə məhdudlaşmaması ŞƏT-in geniş institusional əməkdaşlıq sisteminə çevrildiyini göstərir. Terrorizm, separatizm, ekstremizm, narkotik və silahların qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıqla mübarizə ilə yanaşı, iqtisadi və investisiya əməkdaşlığı, nəqliyyat və kommunikasiya infrastrukturu, tranzit imkanları və enerji sistemlərinin inkişafı da təşkilatın gündəliyində yer alır.

ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası təşkilatın gələcək istiqamətlərini də müəyyənləşdirir. Sənəddə təhlükəsizliklə yanaşı, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet kimi göstərilir. Bu baxımdan ŞƏT-i yalnız təhlükəsizlik təşkilatı kimi təqdim etmək düzgün olmazdı. Onun fəaliyyəti siyasi-diplomatik dialoqdan iqtisadiyyata, enerjidən nəqliyyata, elmdən təhsilə qədər geniş sahələri əhatə edir.

Nəhəng bazarlar və iqtisadi potensial

ŞƏT-in əsas gücünü onun demoqrafik və iqtisadi miqyası müəyyənləşdirir. Təşkilat məkanında Çin və Hindistan kimi dünyanın ən böyük əhali və istehlak mərkəzləri yerləşir. Rusiya, Pakistan və İran da böyük əhali və geniş daxili bazarlara malikdir. Bu, yalnız istehlak potensialı deyil, həm də böyük əmək resursu, sənaye imkanları və gələcək iqtisadi artım üçün geniş baza deməkdir. Çinin təxminən 19,5 trilyon dollarlıq, Hindistanın 3,96 trilyon dollarlıq, Rusiyanın isə 2,56 trilyon dollarlıq nominal ÜDM-i ŞƏT məkanının iqtisadi miqyasını aydın göstərir. Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya iqtisadiyyatlarının sürətli inkişafı da bu mənzərəni tamamlayır.

Azərbaycan üçün bu məkan həm mövcud ticarət əlaqələri, həm də nəqliyyat, logistika, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Lakin ölkəmizin əsas üstünlüyü ŞƏT üzvləri ilə iqtisadi miqyas baxımından rəqabət aparmasında deyil, həmin nəhəng iqtisadi məkanı daha geniş Avrasiya bazarları ilə birləşdirə bilməsindədir.

Enerji və nəqliyyat: ŞƏT məkanının strateji damarları

ŞƏT coğrafiyasında həm böyük enerji istehsalçıları, həm də dünyanın əsas enerji istehlakçıları yerləşir. Rusiya, İran və Qazaxıstan mühüm neft və qaz ehtiyatlarına malikdir. Çin və Hindistan isə qlobal enerji tələbatının əsas mərkəzləri sırasındadır.

Müasir dünyada enerji ehtiyatlarının mövcudluğu qədər onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla istehlak bazarlarına çatdırılması da strateji əhəmiyyət daşıyır. Azərbaycanın üstünlüyü məhz bu mərhələdə daha aydın görünür. Ölkəmiz ŞƏT-in ən böyük enerji istehsalçısı deyil. Lakin Azərbaycan enerjinin istehsal olunduğu bölgələrlə istehlak bazarları arasında bağlantı yaradan mühüm dövlətlərdən biridir. Cənub Qaz Dəhlizi bunun ən aydın nümunəsidir. Təxminən 3500 kilometr uzunluğunda olan bu enerji sistemi Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə bu dəhliz vasitəsilə 12,5 milyard kubmetr təbii qaz tədarük edib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr də Azərbaycanın enerji infrastrukturunun müxtəlif regionları birləşdirmək imkanlarını nümayiş etdirir. Hazırda inkişaf etdirilən Zəngəzur dəhlizi (TRIPP) isə bu bağlantı imkanlarını daha da genişləndirə bilər.

Eyni məntiq nəqliyyat sahəsində də özünü göstərir. ŞƏT məkanı Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin böyük hissəsini əhatə edir. Çin və Mərkəzi Asiyanın istehsal və ticarət mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Azərbaycan bu xəritədə xüsusi coğrafi mövqeyə malikdir. Ölkəmiz eyni vaxtda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi müxtəlif istiqamətlər üzrə bağlantılar yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələ üzrə illik yükaşırma qabiliyyətinin 15 milyon ton və 100 min TEU təşkil etməsi, gələcəkdə bu imkanın 25 milyon ton və 500 min TEU-ya çatdırılmasının nəzərdə tutulması Azərbaycanın bu nəqliyyat sistemindəki rolunu daha da gücləndirə bilər.

Nəhəng ŞƏT məkanında Azərbaycanın strateji yeri

Məhz burada Azərbaycan-ŞƏT münasibətlərinin əsas məntiqi ortaya çıxır. Azərbaycanın ŞƏT qarşısındakı üstünlüyünü yalnız ölkənin iqtisadi göstəriciləri ilə ölçmək düzgün olmaz. Əsas üstünlük Azərbaycanın yerləşdiyi coğrafiyadır. ŞƏT-in şərqində Çin, Hindistan və Pakistan, şimalında Rusiya, cənubunda İran, mərkəzində isə Mərkəzi Asiya yerləşir. Azərbaycan Xəzərin qərb sahilində, bu nəhəng məkanın mühüm hissəsini Türkiyə və Avropa ilə əlaqələndirən yolların üzərində yerləşir. Bir tərəfdə Çin və Mərkəzi Asiyanın nəhəng istehsal və istehlak bazarları, digər tərəfdə Avropa var. Digər istiqamətlərdə Rusiya, İran və Hindistan yerləşir. Bu geoiqtisadi xətlərin kəsişməsində Azərbaycan ŞƏT məkanı ilə Qərb arasında mühüm bağlantı rolunu oynaya bilər.

Ölkəmizin çoxtərəfli diplomatiya təcrübəsi də bu mövqeyi tamamlayır. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi, COP29-a və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, D-8-ə üzvlüyü, 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə Zirvə toplantısının keçirilməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalarda fəal rolunu göstərir. Azərbaycanın 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi və bu il Bakıda AQEM Zirvə toplantısının keçirilməsinin planlaşdırılması da ölkəmizin çoxtərəfli diplomatiya imkanlarını genişləndirir.

Bu baxımdan məsələyə yalnız “Azərbaycan ŞƏT ilə əməkdaşlıqdan nə qazanır?” sualı ilə yanaşmaq kifayət deyil. Digər mühüm sual da budur: ŞƏT məkanı Azərbaycan vasitəsilə hansı yeni imkanları əldə edir?

Cavab, ilk növbədə, bağlantıdır. Xəzər dənizi, Bakı Limanı, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” marşrutu, Cənub Qaz Dəhlizi və gələcək regional nəqliyyat bağlantıları Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında strateji rolunu gücləndirir.

Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin inkişafı Azərbaycanın Mərkəzi Asiya və Çin istiqamətindən Avropaya çıxışın təmin edilməsində mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Mərkəzi Asiya ölkələri, Çin və digər ŞƏT üzvləri ilə ikitərəfli əlaqələrin genişlənməsi isə bu çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi əsaslarını daha da gücləndirir.

Azərbaycan-ŞƏT münasibətlərində yeni siyasi dinamika

Son illərdə Azərbaycan-ŞƏT münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə Çin amili xüsusi əhəmiyyət daşıyır. 2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsi səylərini alqışlayıb və ölkəmizin təşkilatda hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib.

Çinin ŞƏT-in aparıcı dövlətlərindən biri olması və Azərbaycanla strateji tərəfdaşlığının inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Azərbaycanın ŞƏT-lə siyasi təmaslarının intensivləşməsi Prezident İlham Əliyevin təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirakı ilə də özünü göstərir. Dövlətimizin başçısı 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT Sammitində fəxri qonaq qismində iştirak edib, 2024-cü ildə Qazaxıstanda keçirilən sammitdə çıxış edib, 2025-ci ildə isə Çinin Tiencin şəhərində təşkilatın tədbirlərinə qatılıb.

Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi də ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi, Çində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. Dövlətimizin başçısı Azərbaycan-Çin əlaqələrinin son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa keçidin rəsmiləşdirildiyini bildirib. Eyni zamanda, Azərbaycanın Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərini dəstəklədiyini vurğulayıb. Həmin gün Si Cinpinlə keçirilən görüşdə Azərbaycanın ŞƏT-lə əlaqələrinin genişləndirilməsi məsələsinin müzakirə olunması da bu istiqamətin ikitərəfli gündəlikdəki əhəmiyyətini göstərib.

Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir. Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır.

Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir.

Azərbaycanın təşkilatla tərəfdaşlığının institusional baxımdan inkişafında 2025-ci ildə Tiencin Sammitində qəbul edilən qərar da mühüm mərhələ olub. Müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” statusunda birləşdirilməsi təşkilat daxilində əməkdaşlıq mexanizmlərinin yenilənməsinə şərait yaradıb və Azərbaycan da yeni tərəfdaşlıq formatına daxil olub.

2026-cı ildə ŞƏT-in yaradılmasının 25-ci ildönümünün qeyd olunması təşkilatın inkişafında yeni mərhələyə diqqəti artırıb. Qırğızıstanın sədrliyi dövründə “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarının müəyyənləşdirilməsi, yubiley tədbirlərinin və Zirvə toplantısının Bişkekdə keçirilməsi təşkilatın gələcək gündəliyinin aktuallığını göstərir.

Azərbaycan-ŞƏT əməkdaşlığının humanitar və mədəni ölçüsünün diqqətçəkən nümunələrindən biri də Nizami Gəncəvinin irsinin təşkilat məkanında təbliğidir. 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şairin 880 illik yubileyi münasibətilə onun büstü Pekindəki ŞƏT qərargahında ucaldılıb. Bununla Nizami Gəncəvinin irsi ŞƏT məkanında Azərbaycan mədəniyyətinin mühüm simvollarından biri kimi təqdim olunub.

Azərbaycan-ŞƏT iqtisadi əməkdaşlığı

Azərbaycanın ŞƏT məkanındakı mövqeyini gücləndirən əsas amillərdən biri Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin sürətlə inkişaf etməsidir. Bu baxımdan ŞƏT-in 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan-Qırğızıstan münasibətlərinin cari il iyulun 31-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlməsi, Dövlətlərarası Şuranın fəaliyyəti, yüksəksəviyyəli qarşılıqlı səfərlər və humanitar layihələr iki ölkə arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir. Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda bu münasibətlərin yüksək səviyyəsi Azərbaycanın təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır.

Azərbaycanın müxtəlif geosiyasi məkanlarla paralel əməkdaşlıq siyasəti də ŞƏT-lə münasibətlərinin məzmununu genişləndirir. Avropa ilə siyasi və iqtisadi əlaqələrin inkişafı, Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin müxtəlif regional platformalar arasında əlaqələndirici rolunu gücləndirir. Cənubi Qafqazda yeni sülh reallıqlarının formalaşması isə bu imkanlara nəqliyyat və iqtisadi bağlantılar baxımından əlavə məzmun qazandırır.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açır. Sülh gündəliyinin möhkəmlənməsi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yarada bilər. Zəngəzur dəhlizinin inkişafı da Azərbaycanın Mərkəzi Asiya və daha geniş ŞƏT məkanı ilə bağlantı imkanlarını artıran amillərdən biridir.

Siyasi dialoqu iqtisadi əməkdaşlıq tamamlayır. 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil edib. Həmin il xarici ticarətdə Rusiya 10 faiz, Çin 9,9 faiz, Özbəkistan 1,6 faiz, Qazaxıstan 1,4 faiz, İran isə 1,3 faiz paya malik olub. Bu göstəricilər ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir.

Əlaqələrin genişləndirilməsi üçün potensial yalnız ticarətlə məhdudlaşmır. ŞƏT məkanı Azərbaycan üçün nəqliyyat və logistika, investisiya, sənaye, energetika və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradır. Azərbaycanın Orta Dəhlizdəki mövqeyi, Xəzər üzərindən nəqliyyat bağlantıları və Avropa bazarlarına çıxış imkanları ŞƏT ölkələrinin artan istehsal və ixrac potensialı ilə birləşdikdə yeni iqtisadi zəncirlərin formalaşmasına şərait yarada bilər.

Cənubi Qafqazda sülhün möhkəmlənməsi isə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının daha səmərəli inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu baxımdan Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, Mərkəzi Asiya ölkələri ilə artan iqtisadi əməkdaşlıq və Çinlə strateji tərəfdaşlığın dərinləşməsi daha geniş regional bağlantının ayrı-ayrı elementləri kimi çıxış edir.

Azərbaycan-ŞƏT əməkdaşlığının gələcəyinə yalnız təşkilatla münasibətlərin formal genişlənməsi prizmasından yanaşmaq kifayət deyil. Əsas məsələ Azərbaycanın ŞƏT məkanının yaratdığı geniş iqtisadi və geosiyasi imkanları öz nəqliyyat, enerji, investisiya və diplomatik potensialı ilə necə birləşdirə bilməsidir.

ŞƏT-in gücü onun nəhəng coğrafiyasında, əhalisində, iqtisadi resurslarında və bazarlarında, Azərbaycanın üstünlüyü isə bu nəhəng məkanı Xəzər üzərindən Qərb istiqaməti ilə birləşdirən coğrafi mövqeyindədir. Azərbaycanın əsas üstünlüyü ŞƏT ölkələri ilə miqyas baxımından rəqabət aparmaqda deyil, həmin məkanın yaratdığı iqtisadi potensialı nəqliyyat, logistika, enerji və investisiya imkanlarına çevirməkdədir.

Müasir Avrasiyanın dəyişən geosiyasi və geoiqtisadi xəritəsində bu iki amilin - ŞƏT-in miqyası və Azərbaycanın bağlantı imkanlarının - kəsişməsi Azərbaycan-ŞƏT əməkdaşlığının əsas strateji məzmununu formalaşdırır.

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur