Şənbə gününə olan hava proqnozu açıqlanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 30-35° isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Gecə və səhər dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, bəzi yerlərdə 28-33° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-33° isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 12-16° isti, gündüz 22-27° isti təşkil edəcək.