Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ADA” Universitetinin tələbələri İtaliyada treninqlərdə iştirak edəcəklər VİDEO

Bakı, 15 may (AZƏRTAC). İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo “ADA” Universitetində bu təhsil ocağının İtaliyada kurslarda və UNİCEF-in humanitar layihəsində iştirak edəcək 14 tələbəsi ilə görüşmüşdür.

AZƏRTAC xəbər verir ki, diplomat görüşdə universitetin təşəbbüsü ilə həyata keçirilən bu treninqlərin tələbələrə İtaliyanın dili və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradacağını demişdir. Səfir, eyni zamanda, bunun Azərbaycanı İtaliyada tanıtmaq üçün yaxşı fürsət olduğunu vurğulamışdır. Ciampaolo Kutillo qeyd etmişdir ki, İtaliya Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına böyük önəm verir və təhsil sahəsində reallaşdırılan belə layihələr ölkələrimizin gəncləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir.

“ADA” Universitetinin professoru Angela Tumini bildirmişdir ki, universitet tələbələri İtaliyanın Perucci şəhərində yerləşən Ambra İnstitutunda italyan dili və mədəniyyəti ilə bağlı kurslarda iştirak edəcəklər. O demişdir ki, Ambra İnstitutu xaricdə təhsil sahəsində yaxşı təşkil olunmuş Amerika məktəbidir və bu da “ADA” Universitetinin tələbələrinə xarici həmkarları ilə ünsiyyət sayəsində ingilis dili biliklərini daha da təkmilləşdirməyə imkan yaradacaqdır.

Səfər çərçivəsində tələbələr UNİCEF-in də layihəsində iştirak edəcəklər. Onlar hazırladıqları əl işlərini Perucca şəhərində keçirilən yarmarkada satışa çıxaracaqlar. Əldə olunan vəsait Afrikanın bəzi yoxsul ölkələrində uşaqların peyvənd olunmasına sərf ediləcəkdir. Həmçinin tələbələrin bir gün ərzində Azərbaycan mədəniyyətini təbliğ etmək imkanı olacaqdır.

Səfir Ciampaolo Kutillo, professor Angela Tumini və “ADA” Universitetinin tədris işləri üzrə prorektor Patrik Kvin AZƏRTAC-a müsahibə vermişlər.

Diplomat “ADA” Universitetinin nailiyyətlərinin onu heyrətləndirdiyini bildirərək demişdir: “Biz “ADA”nın İtaliya ilə daha sıx əlaqələr qurmaq cəhdlərini dəstəkləməyə çalışırıq. Mən bilirəm ki, italiyalı professorlar burada işləmişlər və bu ali məktəb ilə İtaliyanın bir sıra universitetləri arasında təcrübə və tələbə mübadiləsi aparılır”.

Həyata keçirilən layihənin əhəmiyyətindən danışarkən diplomat qeyd etmişdir ki, bir qrup tələbənin yaxın günlərdə Peruccaya toplayacaq bu layihə çox mühüm bir uğurdur. Səfir demişdir: “Əminəm ki, bu layihə bir sıra irəliləyişlərə yol açacaqdır. Tələbələrin İtaliyaya səfər etməsi, həm də onlar üçün bizim dilimizi, mədəniyyətimizi və gündəlik həyatımızı daha yaxşı anlamaları baxımından gözəl bir fürsətdir. Eyni zamanda, yəqin ki, bu, həm də növbəti layihələr hazırlamaq və “ADA”da İtaliya ilə bağlı yeni təqdimatlar keçirmək, eləcə də universitetin gələcək uğurlarını dəstəkləmək baxımından yaxşı fürsətdir”.

Professor Angela Tumini layihənin tələbələr üçün çox nadir bir təcrübə olacağını qeyd etmişdir. O bildirmişdir ki, tələbələr Peruccada İtalyan dili və mədəniyyəti üzrə kurslarda iştirak edəcək, xaricdə təhsil üçün Amerika məktəbində olacaq, amerikalı tələbələrlə birgə dərs keçəcəklər. Professor bildirmişdir: “Dərslərdən sonra tələbələr UNİCEF-in humanitar layihəsində iştirak etmək fürsəti əldə edəcəklər. Orada, həmçinin Azərbaycan mədəniyyəti festivalı keçiriləcəkdir. Festival Azərbaycanı İtaliyada daha yaxşı tanıtmaq məqsədi ilə təşkil olunacaqdır. Çünki İtaliyada Azərbaycana böyük maraq vardır, lakin insanlar ölkə haqqında çox az məlumatlıdırlar”.

“ADA” Universitetinin əməkdaşlıq əlaqələrini genişləndirmək baxımından bu cür layihələrin reallaşdırılmasının vacib olduğunu bildirən tədris işləri üzrə prorektor Patrik Kvin demişdir: “Azərbaycanın mühüm tərəfdaşı olan İtaliya kimi bir ölkə ilə bu layihənin həyata keçirilməsi xüsusi önəm daşıyır. Bu layihə iki ölkə tələbələrinin bir araya gəlməsi, həmçinin azərbaycanlı tələbələrin İtaliya, onun mədəniyyəti və dili ilə daha yaxından tanış olması baxımından çox faydalı olacaqdır”.

Prorektor layihə çərçivəsində “ADA” və iki İtaliya universiteti arasında təcrübə və müxtəlif fakültələr üzrə tələbə mübadiləsinin aparılmasının planlaşdırıldığını vurğulayaraq demişdir: “Bu, “ADA”nın dünya üzrə tərəfdaşlıq sərhədlərini genişləndirməsi baxımından çox vacib bir addımdır. “ADA”nın əsas qayəsi daim tələbələrə xaricdə təhsil almaq, beynəlxalq mentalitetlə tanış olmaq və qloballaşan dünya ilə birbaşa təmas qurmaq fürsəti yaratmaqdır”.

ADA-nın İtaliyaya yollanacaq tələbələri Sərxan Qədirzadə və Afriz Ağayeva bu səfərin onlar üçün çox maraqlı olacağını demişlər. Bildirmişlər ki, bu, onlara həm dil biliklərini təkmilləşdirmək, həm də UNİCEF-in Afrika uşaqları üçün həyata keçirdiyi layihəsində iştirak etmək fürsəti yaradır.

“ADA” Universitetinin tələbələri İtaliyada treninqlərdə iştirak edəcəklər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB VİDEO

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO