ELM VƏ TƏHSİL
“ADA” Universiteti və AzərTAc-ın birgə layihəsi: “Tələbə uğuru” VİDEO
Bakı, 30 may (AZƏRTAC). “ADA” Universiteti və AZƏRTAC yeni layihə təqdim etmişdir.
“Tələbə uğuru” adlı bu layihə İctimai Televiziyanın “Yeni gün” verilişində yayımlanacaqdır.
Layihədə “ADA” Universitetində təhsil alan tələbə və magistrlərin qazandıqları uğurlardan söhbət açılır. Layihənin məqsədi “ADA” tələbələrinin uğurları ilə hər kəsi yaxından tanış etməkdir.
Qeyd edək ki, 700-dən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı “ADA” Universiteti özünün əsas məqsədini qlobal baxışlı liderlər və məsuliyyətli vətəndaşlar yetişdirməsində görür. Universitetin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır. Məzunlar dünyanın bir çox ölkələrində karyera uğurları əldə etmişlər.