İDMAN
Braziliya millisi futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlmişdir VİDEO
Bakı, 5 iyul (AZƏRTAC). Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Fortaleza şəhərindəki “Estadio Castelao” stadionunda mundialin dörddəbir final mərhələsi çərçivəsində Braziliya və Kolumbiya milli komandaları qarşılaşmışlar.
Braziliya millisinin heyətində meydana Julio Sezar, Tiaqo Silva, David Luiz, Fernandinio, Marselo, Halk, Paulinio, Fred, Neymar, Oskar və Maicon çıxmışlar.
Kolumbiya yığmasının ilk on birliyində isə David Ospina, Kristian Zapata, Mario Yepes, Karlos Sançez, Pablo Armero, Teofilo Qutierrez, Ceymis Rodiriqez, Juan Cuadrado, Fredi Quarin, Viktor İbarbo və Juan Zuniga yer almışlar.
İspaniyalı baş hakim Karlos Valesko Karballonun idarə etdiyi oyun 2:1 hesabı ilə Braziliya millisinin xeyrinə başa çatmış və yığma dünya çempionatının yarımfinal mərhələsinə yüksəlmişdir.
Braziliya millisinin heyətində Tiaqo Silva, David Luiz, rəqib komandadan isə Ceymes Rodiriqez fəqrlənmişlər.
Yarımfinal mərhələsi çərçivəsində Braziliya millisi iyulun 8-də Almaniya yığması ilə qarşılaşacaqdır.