SOCAR: “Günəşli” yatağındakı 10 nömrəli özüldə yanan neft quyuları tamamilə söndürülüb VİDEO
Bakı, 17 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Günəşli” yatağındakı 10 nömrəli özüldəki baş vermiş qəza nəticəsində yanan neft quyuları tamamilə söndürülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib. Bildirilib ki, yanan neft quyularının söndürülməsi ilə dənizə neft dağılmaları təhlükəsi aradan qaldırılıb. Yanan qaz quyularının isə 2-si artıq söndürülüb, digər quyuların söndürülməsi üzrə işlər son mərhələdədir.