ASCO-nun Təlim Tədris Mərkəzində xarici tələbələr üçün seminar keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzində xarici tələbələr üçün seminar keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Beynəlxalq Dəniz Təşkilatının (IMO) Tənzimləmə Çərçivəsi vasitəsilə dəniz sənayesi üçün keyfiyyət standartlarının əlavə dəyəri” mövzusunda keçirilən seminarı kapitan Titos Giannakakis aparıb. Beşgünlük təlim zamanı kurs iştirakçılarına Beynəlxalq Dəniz Təşkilatının təhlükəsizlik qaydaları, bu qaydaların dənizçilik sahəsindəki keyfiyyət standartlarına, davamlı inkişafa və idarəçiliyə təsiri barədə ətraflı məlumat verilib.
Seminar interaktiv formada keçirilib, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]