İQTİSADİYYAT


AZAL Çinə bilet alan sərnişinlərə xəbərdarlıq edib

Bakı, 28 yanvar, AZƏRTAC

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) martın 28-dək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə “[email protected]” elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz: “https://help.azal.az/hc/az/requests/new”

Qeyd edək ki, AZAL hər il fevralda Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Bu, Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevraldan Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.