REGİONLAR


Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən festivalda 3500-dən çox insan iştirak edib

Ağcabədi, 13 oktyabr, AZƏRTAC

Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə və oktyabrın 3-də Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına həmrəylik məqsədilə festival keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri və gənclər olmaqla 3500 nəfərdən artıq insan iştirak edib. Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.

Festival iştirakçıları 50 dəqiqə müddətində kompleksin ərazisində vətənpərvərlik mahnılarının sədaları altında əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları ilə yürüş edib, “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndiriblər.

Festival zamanı mini futbol, voleybol, sürətli şahmat, kəndirdartma idman növləri üzrə oyunlar və şərq idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Tədbirə rayon məktəblərinin “Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da qatılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.