DÜNYA


Əlcəzairdə fransız əsgərlərinin qətlə yetirdikləri insanların xatirəsi anılıb

Qahirə, 9 may, AZƏRTAC

Əlcəzairdə ilk dəfə fransız əsgərlərinin 1945-ci il mayın 8-də qətlə yetirdikləri dinc nümayişçilərin xatirəsini anmaq üçün dövlət səviyyəsində Milli Anım Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində çıxış edən dövlət rəsmiləri Fransadan müstəmləkəçilik dövründə törədilən cinayətlərə görə üzr istəməsini tələb ediblər. Ölkənin şərqində yerləşən Sətif şəhərində minlərlə insan 76 il əvvəl müstəqillik tələb edən və qətliama məruz qalan nümayişçilərin marşrutu üzrə yürüş keçirib. Onlar həmin qanlı hadisələr zamanı həlak olmuş minlərlə əlcəzairlinin xatirəsini yad ediblər.

Milli Anım Gününün keçirilməsi tələbini ötən il Əlcəzair Prezidenti Əbdülməcid Tebbun irəli sürüb. O təklif edib ki, hər il mayın 8-də fransız müstəmləkəçiləri tərəfindən Sətif, Helma və Xarata şəhərlərində qətlə yetirilmiş insanların xatirəsi anılsın, bu qırğının insanlıq əleyhinə cinayət olduğu vurğulansın. Dövlət başçısı əlavə edib ki, Fransa heç bir vəchlə bu ağır cinayətlərə bəraət qazandıra bilməz.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.