Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunub YENİLƏNİB VİDEO

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yubiley mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında ADPU-nun zəngin və məhsuldar inkişaf yoluna xüsusi qiymət verildiyini diqqətə çatdırıb. Son illər ərzində ali təhsil müəssisəsində görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb.

Rektor bildirib ki, müstəqillik dönəmində ADPU-nun yubileyləri keçirilib. Amma ilk dəfədir ki, yubiley tədbirini təcavüzkar Ermənistanı diz çökdürmüş qalib dövlətin vətəndaşları kimi, torpaqları işğaldan azad olunmuş qalib xalqın nümayəndələri kimi böyük sevinc və iftixarla qeyd edirik. Bu sevinci, bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandanımız və rəşadətli Ordumuz olub. Fəxr edirik ki, misli görünməmiş Zəfərin qazanılmasına universitetimizin tələbə və məzunları da töhfə veriblər. Yetirmələrimizdən təqribən 200 nəfəri ön cəbhədə vuruşub, onlarca məzunumuz qazi olub, 12 nəfər şəhidlik zirvəsinə yüksəlib.

1921-ci ildə cəmi 6 tələbə və 8 müəllimlə Ali Pedaqoji Kişi İnstitutu adı altında fəaliyyətə başlayan universitetimiz bu gün 18600 nəfərdən çox tələbəsi, 1684 nəfərlik professor-müəllim və inzibati-texniki heyəti ilə ölkənin ikinci böyük ali təhsil ocağına çevrilib. Son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib ki, onlar da istər təhsil, istərsə də digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

Son illər cəmiyyət həyatının bütün sahələrində aparılan köklü və sistemli islahatlar təhsil sahəsində də özünü göstərib. İslahatlar, ilk növbədə, təhsilin bütün pillələrində məzmun və bazanın yenilənməsinə, yüksək intellektli, geniş dünyagörüşlü, yaradıcı təfəkkürlü, praktik səriştəli və vətənpərvər ruhlu gənclərin yetişdirilməsinə yönəlib. Sadalanan istiqamətlərin hər birində nisbətən qısa zaman kəsiyində nəzərəçarpacaq dəyişikliklər baş verib, danılması mümkün olmayan uğurlar qazanılıb.

İcrası bu il başa çatan Strateji inkişaf planımıza uyğun olaraq, məzmunun yenilənməsi, tədris və imtahan prosesinin maksimum şəffaflaşdırılması, yeni nəsil təhsil proqramlarının hazırlanması, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq əsas hədəflərimizdən olub.

Son illər Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə yeni layihənin icrasına başlanılıb. Bunlardan birincisi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır. Hazırda 50 gəncin magistratura təhsili aldığı bu proqram üzrə cari tədris ilinin sonunda ilk məzun buraxılışı olacaq, növbəti ildən isə qəbul planını 25 nəfərdən 40 nəfərədək artırmaq nəzərdə tutulur. Razılıq hissilə deyə bilərəm ki, proqram bizə məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır.

Məzmunun yenilənməsi və müəllimlərin bacarıqlarının artırılması sahəsində Təhsil Nazirliyinin dəstəyi ilə “Tvinninq” layihəsi çərçivəsində 4 ixtisas pilot olaraq akkreditasiyadan keçirilib. Təhsil İnstitutu ilə birgə 3 ixtisasın məzmunu yenilənib. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə inklüziv təhsil layihəsi çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunub, müvafiq dərslik xarici dildən tərcümə və çap edilib. 2020-ci ildən etibarən bütün ixtisaslar üzrə “İnklüziv təhsil” fənni tədris planına daxil edilib. Təhsil Nazirliyi və Təhsil İnstitutunun köməyi ilə müəllimlərimiz STEAM təlimi alıb, müvafiq STEAM laboratoriyaları yaradılıb və STEAM dərsləri 8 ixtisas üzrə tədris planına salınıb. ABŞ səfirliyi və Azərbaycan Müəllim İnkişaf Mərkəzi ilə birlikdə ingilis dili müəllimləri üçün TKT təlimləri keçirilib, müəllimlərin işə qəbulunda seçki mexanizminin real tətbiqi sayəsində yeni təfəkkürlü gənc müəllimlər universitetə daha geniş şəkildə cəlb edilib və sair tədbirlər yerinə yetirilib. Hazırda ADPU-da 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a çatdırılan rus bölməsi də fəaliyyət göstərir. Eyni zamanda, cari tədris ilində bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi açılıb.

Ali məktəbin əsas reytinq göstəricilərindən birincisi yetirmələrinin əmək bazarında yer tapmasıdır. Bu baxımdan, son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul imtahanlarında göstərdikləri nəticələri qənaətbəxş saymaq olar.

Ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olub. Məzunlarımızın 873-ü magistraturaya imtahan verib, onlardan 353-ü yetərincə bal toplayaraq qəbul olunub. Bu il ADPU məzunlarının MİQ imtahanlarındakı nəticələri də uğurlu olub. Belə ki, magistraturaya qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri 30-dan yuxarı bal toplayıb. Qəbul olanlardan 530 nəfər 40-60, 184 nəfər isə 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir.

Yubiley başa vurduğumuz 100 ilə və xüsusən də cari vəziyyətə baxaraq nəticə çıxarmaqla yanaşı, həm də gələcək üçün ciddi planlar qurmaq vəzifəsini qarşıya qoyur. Sözsüz ki, ADPU-nun mövcud vəziyyətində də müasir pedaqogikanın və təhsil elmlərinin ortaya çıxardığı ciddi tələblər, dəyişilməsi, müasirləşməsi tələb olunan kifayət qədər işlər var. Elm, təhsil və texnologiyaların misli görünməmiş sürətlə inkişaf etdiyi XXI əsrdə milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sadiq, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək əsas hədəflərimizdəndir. Biz çalışırıq ki, yetirmələrimiz elmi-texnoloji nailiyyətləri dərindən mənimsəsinlər, lakin hazır məhsula aludə olmasınlar, onun yalnız istehlakçısı deyil, həm də istehsalçısı olmağa səy göstərsinlər. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri universitetimizin 2030-cu ilədək Strateji inkişaf planını müasir dövrün tələbləri nəzərə alınmaqla hazırlamaqdan və icra etməkdən ibarətdir. İnanıram ki, dövlətimizin dəstəyi ilə ADPU öz mövcudluğunun ikinci yüzilliyinə daha inamla və qlobal çağırışlara daha hazırlıqlı şəkildə daxil olacaq.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, Pedaqoji Universitetin ölkədə istər təhsil, istərsə də elmin inkişafında müstəsna rolu olub. Universitetin məzunları həm təhsil, həm də çalışdıqları digər sahələrdə ölkənin ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

Nazir universitetin əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin yüksək olduğunu bildirib.

Emin Əmrullayev deyib: “Son illər istər müəllimlərin işə qəbulu müsabiqəsi, istərsə də müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artıb. MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən, təxminən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artıb. Bu da daha artıq rəqabət qabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri də var”.

Nazir vurğulayıb ki, ali məktəbin məzunlarının bir qismi fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə davam etdirəcək. Bu, yeni nəslin hazırlanması baxımından vacib və ümidverici məqamdır.

Daha sonra çıxış edən ADPU-nun gənc müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Səbinə Əlizadə, universitetin IV kurs tələbəsi İsmayıl Nəsirov ADPU-nun təhsil sahəsindəki rolundan söz açıb, professor-müəllim heyətini təbrik edərək uğurlar arzulayıblar.

Mərasimdə ADPU-nun 100 illiyinə həsr edilmiş film nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

® “Tamstore” Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var