Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qalibləri mükafatlandırılıb

Bakı, 24 aprel, Ş.Abdullayeva, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində cari ilin fevral-aprel ayları ərzində bu ali məktəbin 100 illik yubileyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya texnologiyaları ixtisasları üzrə bilik yarışmasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, “SABAH”ın əməkdaşları, tələbələri və könüllüləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarxın nümayişindən sonra çıxış edən rektor Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, bilik yarışmasının keçirilməsində məqsəd “SABAH” qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələri sağlam rəqabət şəraitində üzə çıxarmaq və onların inkişafına təkan verməkdir. Təhsil, elm, bilik, savadın gələcəyə açılan qapı və məsuliyyət olduğunu deyən rektor Elçin Babayev Prezident İlham Əliyevin gənclərlə, onların təhsili, sosial həyatı ilə bağlı sərəncamlarını ölkədə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Vurğulayıb ki, tələbələr onlara yaradılan imkanlardan düzgün bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rifahı, davamlı inkişafı naminə çalışmalıdırlar. Rektor bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə ali təhsilə xüsusi diqqət yetirildiyini, məzunların əmək bazarında rəqabətədavamlılığını yüksəltmək məqsədilə islahatların həyata keçirildiyini deyib. O bildirib ki, islahatların əsas məqsədi təhsilin maddi-texniki bazasının yüksəldilməsinə nail olmaq, keyfiyyətinin müasir tələblərə cavab verməsini təmin etməkdir. “SABAH” qrupları təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində innovativ, rəqabətli tədris mühitinin yaradılması məqsədilə təşkil olunub. Amalımız davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılmasıdır. Eyni zamanda, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına nail olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirmək və əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı gənclər yetişdirmək niyyətindəyik.

Firudin Qurbanov qeyd edib ki, ilk “SABAH” qrupları 2014-cü ildə ölkənin 7 ali təhsil müəssisəsində yaradılıb. 2017-ci ildə “SABAH”ın ilk buraxılışı olub. 722 nəfər məzunun 30 faizi həm dövlət, həm də özəl sektorda işlə təmin edilib, 53 faizi isə magistraturaya qəbul olunub. 2018-ci ildə məzunların say və keyfiyyət göstəriciləri daha da yüksəlib. Bu, bir daha sübut etdi ki, dövlətimizin ali təhsil sahəsində apardığı siyasət öz müsbət nəticəsini verir.

Nazir müavini bilik yarışını tələbələrin təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi qiymətləndirib.

Bilik yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universitetinin tələbələri iştirak ediblər. İştirakçıların sayı ötən illə müqayisədə 40 faiz artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən “SABAH” tələbəsini əhatə edib. Yarışmanın birinci mərhələsində 689, ikinci mərhələsində 161 tələbə iştirak edib, 28 tələbə final mərhələsinə vəsiqə alıb. Onlardan hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.

Riyaziyyat ixtisası üzrə bilik yarışmasında BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov I, BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Rübabə Hüseynova II, BDU-nun kompüter elmləri ixtisasının III kurs tələbəsi Aygül Bayramova III yerə çıxıblar.

Müəllimlik ixtisası üzrə yarışda BDU-nun psixologiya ixtisasının II kurs tələbəsi Mərziyyə Əzməmmədova I, ADPU-nun ibtidai sinif müəllimliyi ixtisasının III kurs tələbəsi Çərkəz Kərimova II, BDU-nun kimya müəllimliyi ixtisasının II kurs tələbəsi Flora Bayramova III yerə layiq görülüblər.

İnformasiya texnologiyaları ixtisası üzrə bilik yarışmasında isə BDU-nun riyaziyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Süleyman Bağırov I, BDU-nun kompüter elmləri ixtisasının III kurs tələbəsi Aygül Bayramova II, UNEC-in maliyyə ixtisasının III kurs tələbəsi Murad Qaraşov III yerin qalibi olublar.

Tədbir “SABAH” qrupları himninin sədaları altında bilik yarışmasının təşkili və “SABAH” qruplarının fəaliyyətini əks etdirən videoçarxların nümayişi ilə başa çatıb.

Xatırladaq ki, “SABAH” qrupları layihəsi çərçivəsində ikinci ildir keçirilən bilik yarışmasının məqsədi “SABAH” qrupları tələbələrinin elmi, yaradıcılıq potensialının üzə çıxarılması və nümayiş etdirilməsi, onların təhsil və bilik zəminində inteqrasiya etməsi, elmi-yaradıcı təşəbbüslərə həvəsləndirilməsi, araşdırma fəaliyyətinə təşviq edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub VİDEO