REGİONLAR


Balakənli kümçülər indiyədək qəbul məntəqəsinə 7,5 ton yaş barama təhvil veriblər

Balakən, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması nəzərdə tutulur. Barama yetişdirmək üçün 358 kümçü ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb. Bir neçə gündür ki, istehsalçılardan barama qəbuluna başlanılıb. Balakənli kümçülər indiyədək qəbul məntəqəsinə 7,5 ton yaş barama təhvil veriblər. Barama tədarükü prosesi “Azəripək” MMC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, İtitala kəndindən İlham Muradov hələlik qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 230 kiloqram yaş barama təhvil verib. Mahamalar kəndindən Nişanə Xəlilova bu günədək məntəqəyə 223 kiloqram, Talalar kəndindən Afət Həsənova isə 211 kiloqram yaş barama gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.