RƏSMİ XRONİKA
Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlıların Laçın şəhərinə qayıdışı ilə bağlı paylaşım edib
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində azərbaycanlıların Laçın şəhərinə qayıdışı ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı tvitini paylaşaraq qeyd edib: “Qarabağ Azərbaycandır!!!”.