İDMAN


Bu gün “Avro-2020” seçmə oyunlarına start veriləcək

Bakı, 21 mart, Nicat Məmmədov, AZƏRTAC

Bu gün futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, C, E, G və I qruplarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

İlk günün maraq doğuran oyunu “Koning Boudevijn” stadionunda oynanılacaq. I qrupunda yer alan, dünya çempionatının bürünc mükafatçısı Belçika millisi Rusiya seçməsi ilə qarşılaşacaq.

Milli komandamız səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda təşkil olunacaq oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdir olacaq. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edəcək.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Belə ki, final mərhələsi 2016-cı ildə Fransada baş tutan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də səfərdə keçirilən oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda təşkil olunan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb.

Birinci günün oyunları aşağıdakılardır:

I qrupu

19:00. Qazaxıstan - Şotlandiya

21:00. Kipr - San-Marino

23:45. Belçika - Rusiya

C qrupu

23:45. Hollandiya - Belarus

23:45. Şimali İrlandiya - Estoniya

E qrupu

23:45. Xorvatiya - Azərbaycan

23:45 Slovakiya - Macarıstan

G qrupu

23:45. Avstriya - Polşa

23:45. İsrail - Sloveniya

23:45. Makedoniya – Latviya

Qeyd edək ki, “Avro-2020”nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.