Çad nümayəndəsi: WUF13-də iştirak bizim üçün böyük əhəmiyyət daşıyır
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak, xüsusilə mənzil sahəsində fəaliyyət göstərən bir qurum olaraq bizim üçün çox böyük əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı WUF13-də iştirak edən Çadın Daşınmaz Əmlak və Torpaq İdarəetməsi (SOPROFİ) şirkətini təmsil edən Faruk Bade deyib.
O bildirib ki, forumun inkişafı da müsbət istiqamətdə davam edir.
“Bu tədbir hər iki ildən bir müxtəlif ölkələrdə keçirilir və burada bütün iştirakçılar bir araya gələrək şəhərsalma sahəsində mövcud vəziyyəti qiymətləndirir, inkişaf proseslərini müzakirə edir və tərəfdaşlar arasında fikir mübadiləsi aparırlar. Xüsusilə bizim üçün, Çad sakini olaraq, burada iştirak çox vacibdir. Biz də mənzil və daşınmaz əmlak sahəsində inkişaf etməkdəyik və istəyirik ki, beynəlxalq tərəfdaşlar da bizim təcrübəmizi nəzərə alsınlar, bizimlə əməkdaşlıq etsinlər və təcrübə mübadiləsi apararaq birlikdə inkişaf edək”,- deyə o diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [19:35]
Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var
- 18.05.2026 [19:23]
WUF13-də Meksika pavilyonunun açılışı olub
- 18.05.2026 [19:20]
Meksika nümayəndəsi: Azərbaycan çox yüksək səviyyə müəyyən edib
- 18.05.2026 [19:10]