AFFA-nın icraçı vitse-prezidenti: WUF13 ölkəmizin qlobal arenadakı imicinin miqyasını nümayiş etdirir
Bakı, 18 may, AZƏRTAC
2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatına həsr olunmuş stendimizi nümayiş etdirmək üçün şərait yaratdıqlarına görə WUF13 və “Urban Expo” təşkilatçılarına təşəkkürümüzü bildiririk.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O bildirib ki, AFFA-nın bu tədbirdə iştirakının əsas məqsədi həm ölkədaxili auditoriyaya, həm də bu irimiqyaslı tədbirin dünya auditoriyasına 2027-ci ildə keçiriləcək mundial haqqında məlumat verməkdir: "Hər bir stend ziyarətçisinə qarşıdan gələn dünya çempionatı ilə bağlı ümumi məlumat təqdim edirik. Bir daha bu layihənin təşkilatçılarına təşəkkürümüzü bildirir, tədbirin həyata keçirilməsində uğurlar arzulayırıq. Bu tədbir bir daha ölkəmizin qlobal arenadakı imicinin miqyasını nümayiş etdirir".