Esvatini Kralı: WUF13-ün mövzusu dövrümüzün ən mühüm məsuliyyətlərini özündə əks etdirir
Bakı, 18 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək və gözəl Bakı şəhərində çıxış etmək mənim üçün böyük şərəfdir. Seçdiyimiz mövzu hər kəs üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu mövzu dövrümüzün ən mühüm məsuliyyətlərini özündə əks etdirməklə yanaşı, birbaşa insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri WUF13-ün Liderlərin Sammitində Esvatini Kralı Əlahəzrət III Msvati deyib.
Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində bir çox insanlar qeyri-adekvat yaşayış yerlərindən, iqlim böhranlarından, yoxsulluqdan və infrastrukturun tənəzzülündən əziyyət çəkirlər.
"Bu problemlər regionların və ölkələrin sərhədlərini aşır, həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrə təsir edir. Yaşayış məskənləri sadəcə polad və beton deyil, bunlar, eyni zamanda, ləyaqət, sabitlik və ümid əks etdirir. Ev güclü ailələr və icmaların özəyidir. Biz başa düşməliyik ki, güclü ev ilk növbədə bir-birini qorumaq qabiliyyəti ilə ölçülür", - deyə Esvatini Kralı bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [18:04]
Deryageldi Orazov: WUF13 çox yüksək səviyyədə təşkil olunub
- 18.05.2026 [17:47]
Kambocanın Baş Nazirinin müavini: Gələcək daha da ümidvericidir
- 18.05.2026 [17:41]