Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il Tərtərdə 40 min tondan çox şəkər çuğunduru istehsalı proqnozlaşdırılır REPORTAJ

Ötən il şəkər çuğundurunun hər hektarından əldə edilən məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci olub

Tərtər, 7 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonun iqlimi və torpaqları şəkər çuğunduru becərmək üçün olduqca əlverişlidir. Tərtərli fermerlər bu texniki bitkini becərməklə yüksək məhsuldarlığa nail olur və gəlir əldə edirlər. Rayonda şəkər çuğundurunun becərilməsinə 1990-cı illərdə başlanılsa da, 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər. Həmin vaxtdan etibarən şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin sayı çoxalıb. Prezident İlham Əliyev tərəfindən ötən il aprelin 4-də “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərman imzalaması bu sahəyə marağı daha da artırıb. Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə istehsalçılara 4 manat məbləğində subsidiya ödənilir.

Mehman Babayev qeyd edib ki, 2017-ci ildə şəkər çuğunduru bitkisinin hər hektarından əldə olunan məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci yerdə olub. Bu il rayonda 859 hektarda şəkər çuğunduru becərilib. Düzgün aqrotexniki qulluq sayəsində sahələrdə bol məhsul yetişib. Artıq fermerlər məhsul yığımına başlayıblar. Bu günədək 5500 ton məhsul yığılaraq, İmişli Şəkər Zavoduna təhvil verilib. Cari ildə rayonda 40 min tondan çox şəkər çuğunduru istehsal ediləcəyi proqnozlaşdırılır.

“Azərsun Holdinq” şirkətinin Tərtər və Ağdam bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibov bildirib ki, holdinq fermerlərin şəkər çuğunduru istehsalına marağını artırmaq üçün bir sıra stimullaşdırıcı tədbirləri həyata keçirir. Bu il Tərtər rayonu üzrə 333 fermerlə şəkər çuğunduru becərilməsi üçün müqavilə bağlanıb. Müqavilələrə əsasən, torpaqların şumlanmasını, gübrə, toxum və aqreqatlarla təminatını şirkət həyata keçirir. Çuğundurun becərilməsi üçün fermerlərə hər hektara görə 100 manat ödənilir. Şəkər çuğunduru əkilən bütün sahələr sığorta şirkətləri tərəfindən sığortalanır. Sığortanın 50 faizini şirkət öz üzərinə götürür. Becərmə zamanı şirkətin aqronomları aqrotexniki tədbirlərin düzgün aparılması üçün fermerlərə lazımi məsləhətlər verir. Bundan başqa, sahələrdən yığılmış məhsulun maşınlara yüklənib İmişli Şəkər Zavoduna daşınması xərcini də şirkət həyata keçirir. Çuğundurun qiyməti isə tərkibində olan şəkərin miqdarından asılı olaraq hər tonu 53-75 manat olmaqla dəyişir. Çuğundurun tərkibində şəkərin miqdarı 14 faizdən artıq olduqda əlavə 3 manat da ödənilir. Hazırda yığılan məhsulun şəkərliliyi 15 faizdir ki, bu göstərici ilə hər tonun qiyməti orta hesabla 66 manatla hesablanır. Fermerlər məhsulu təhvil verdikdən iki iş həftəsi ərzində pullarını alırlar.

Rayonun Qaynaq kənd sakini Zaur Qaraşov şəkər çuğunduru becərilməsindən gəlir əldə etdiyinə görə bu bitkinin əkin sahələrinin genişləndirib. "Ötən il 7 hektarda şəkər çuğunduru becərdim. Bütün aqrotexniki qaydalara düzgün və vaxtında əməl etdiyimiz üçün məhsuldarlıq yüksək oldu. Sahələrdən 405 ton məhsul götürdük, yaxşı gəlir əldə etdik. Odur ki, bu il şəkər çuğunduru əkinlərini 12 hektara çatdırdım. Bu il də sahələrdə məhsulumuz boldur. 600 tondan yuxarı məhsul gözləyirik. Yaxın günlərdə şəkər çuğundurunun yığımına başlayacağıq", - deyə fermer bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama

Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir

“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

Heyvanların identifikasiyası sahəsində Polşa təcrübəsi öyrənilir

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru -  REPORTAJ  VİDEO

Könüllülük: cəmiyyətə töhfədən şəxsi inkişafa doğru - REPORTAJ VİDEO

Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir VİDEO

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ VİDEO

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

® ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Monako” Poqba ilə yollarını ayırıb

Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır

Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Türkiyə diasporu ABŞ Konqresindən F-35 sanksiyalarının aradan qaldırılmasını istəyib

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər

Bu saata olan əsas xəbərlər