İDMAN


Elmar Babanlı: Əldə edilən qələbə sübut edir ki, Azərbaycan cüdoçuları güclü rəqiblərdir

Bakı, 13 may, Leyla Qurbanova, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük dəbilqə" beynəlxalq cüdo turnirində medallar uğrunda gərgin mübarizə getdi. Azərbaycan komandası bu nüfuzlu turnirdə uğurla çıxış edərək 7 medal qazandı. Medal cədvəlində komandamız üçüncü pillədə qərarlaşıb. Əldə edilən qələbə bir daha sübut edir ki, Azərbaycan cüdoçuları güclü rəqiblərdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib.

Komandada bütün çəki dərəcələrində güclü idmançıların olduğunu bildirən E.Babanlı deyib: “Yığmamız ev sahibi olduğundan yarışda böyük heyətlə iştirak edirdik. Gənc cüdoçular və ehtiyat qüvvə sayılan komanda üzvləri də məşqçilər heyətinin qərarı ilə yarışa qatılmışdılar. Onlar burada böyük təcrübə qazandılar”.

Azərbaycan cüdoçularını qarşıda bir sıra nüfuzlu turnirlərin gözlədiyini diqqətə çatdıran baş katib bildirib: “Cüdoçularımızı Minskdə keçiriləcək ikinci Avropa Oyunları gözləyir. Avqustun sonu - sentyabrın əvvəlində isə Tokioda dünya çempionatı keçiriləcək. Gələn il Olimpiya ili olduğundan dünya reytinq cədvəlində yüksək yerlər uğrunda daha gərgin mübarizə başlayacaq. Əminik ki, cüdoçularımız yüksək nəticələr əldə edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.