Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
Nyu-York, 25 sentyabr, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər Azərbaycan ilə Alyans arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıb. Onlar Azərbaycan və Alyans arasındakı qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıblar.
Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multikultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri/konfransları təqdir edib.
Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]