İQTİSADİYYAT


Energetika Nazirliyi Qaz İxrac edən Ölkələr Forumunun seminarında təmsil olunub

Bakı, 9 iyul, AZƏRTAC

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş katibi Yuri Sentyurinin iştirakı ilə “2020-ci ildə təbii qaza tələbatın təşviqi” mövzusunda onlayn formatda seminar keçirilib. Tədbirdə Azərbaycanı Energetika Nazirliyinin əməkdaşları Otel Hüseynov, Pərvin Bayramova və Loğman Dəmirli təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda qlobal qaz sektorunda izlənilən tendensiyalar, mayeləşdirilmiş təbii qazın (LNG) artan rolu, COVID-19 pandemiyasının qaza olan tələbata təsiri və perspektivlərə dair məsələlər müzakirə edilib. Bildirilib ki, təbii qaz qlobal miqyasda təmiz, əlverişli və etibarlı enerji növü kimi qəbul olunur. Hazırda pandemiyanın dünya iqtisadiyyatına böyük mənfi təsirləri qaza tələbatın azalması və təklif bolluğu ilə nəticələnib. Lakin postpandemiyadan sonrakı dövrdə qaza tələbatın bərpa ediləcəyi və 2050-ci ildə dünya enerji balansında mühüm mövqeyə malik olacağı qeyd olunub.

Seminarda qiymətlərin optimallaşdırılması və rəqəmsallaşdırma yolu ilə təbii qazın rəqabət qabiliyyətinin yaxşılaşdırılması, pandemiyadan sonra qaz bazarının yeni reallıqlara uyğun inkişafı, eləcə də GECF-lə əlaqəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbirə, həmçinin Beynəlxalq Qaz İttifaqı, Afrika Enerji Palatası kimi təşkilatlar və qlobal neft-qaz şirkətlərinin nümayəndələri də qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.