CƏMİYYƏT


Gürcüstanın Azərbaycanla həmsərhəd bölgəsində zəlzələ baş verib

Tbilisi, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.

Gürcüstan Seysmoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar Kaxetiya bölgəsindəki Dedoplistskaro şəhərindən 25 kilometr cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndində baş verib.

Yeraltı təkanların mərkəzi yerin 40 kilometr dərinliyində olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.