Havay adalarında 5.3 bal zəlzələ olub, vulkan püskürməsi güclənib
Bakı, 17 iyun, AZƏRTAC
Bu gün yerli vaxtla saat 6:26-da Havay adalarındakı Kilauea vulkanında yeni və güclü püskürmə baş verib. Qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru hərəkət edir. Adada 500-ə yaxın evin yanıb kül olduğu bildirilir.
AZƏRTAC hawaiinewsnow.com saytına istinadla xəbər verir ki, püskürmədən qabaq Rixter şkalası ilə 5.3 bal gücündə zəlzələ olub. Bu, yaxın bir neçə gün ərzində ən güclü titrəyiş hesab olunur. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.
Qeyd edək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır. Yerli inanclara görə, Kilauela Havay sakinlərinin ənənəvi inanclarında yer alan vulkan ilahəsi - Pelenin yaşayış yeridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]