Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?

İran iqtisadiyyatının böhrandan çıxış yolu varmı?

Tehran, 16 sentyabr, AZƏRTAC

İran ilə ABŞ-ın münasibətlərinin gərginləşməsi və iqtisadi qadağaların bərpa edilməsi rəsmi Tehranı çıxış yolları axtarmağa vadar edib. Bəzi xarici informasiya vasitələri çox bədbin proqnozlar verərək İranda rejimin dəyişməsinin baş verə biləcəyini bildirirlər. Lakin proseslərə nəzərə saldıqda hadisələrin heç də bu səviyyəyə çatmayacağını görərik.

Düzdür, İranın milli valyutasının dollara nisbətdə xeyli zəifləməsi ilkin tələbat mallarının qiymətlərinin yüksəlməsinə səbəb olub. Lakin eyni prosesləri yaşayan Argentina və Venesuela kimi dövlətlər ilə müqayisədə İranda ərzaq, dərman qıtlığı müşahidə edilmir ki, bu da İranın güclü iqtisadi potensialı və istehsal həcminin böyük olması ilə bağlıdır. Misal üçün, cari ilin ötən 5 ayında İranın xam neft ixracından əldə etdiyi gəlir 60,7 faiz artıb. Xam neftin əsas alıcıları Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olub. İranın Türkmənistan ilə ticarət dövriyyəsi 60 milyard, Əfqanistan ilə isə 13,4 milyard dollara yüksəlib. İraqa ixrac olunan malların həcmi isə 1,777 milyard dollara çatıb. Göründüyü kimi, iqtisadi sanksiyalara baxmayaraq, İranın ixrac potensialı normal səviyyədə qalır və bu, ölkəyə valyuta axınını təmin edir.

Digər tərəfdən, İran birinci dəfə deyil ki, iqtisadi sanksiyalar ilə qarşılaşır. Bu ölkənin iqtisadiyyatı artıq beynəlxalq qadağalara uyğunlaşıb. Hələ 1980-ci ildən tətbiq edilən sanksiyaların nəticəsi olaraq, İranda bütün növ istehsalın həcmi artıb. Ərzaq məhsulları, tibbi ləvazimatlar, avtomobil, neft məhsulları yerli istehsaldan ibarətdir və bütün ölkəni təmin edir. Bu gün bölgə ölkələri arasında yanacağın ən ucuz qiyməti İrandadır.

Enerji, neft-qaz, avtomobil sənayesinə, yeni texnologiyalar sahəsinə investisiya qoymağa hazırlaşan Qərb şirkətləri sanksiyalar ucbatından İranı tərk etsələr də, perspektivdə digər sahələrin inkişafı üçün imkanlar var. Misal üçün, Yaponiyanın Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadoşi Şimura İranın səfiri Mütəzir Rəhmani ilə görüşündə bildirib ki, yaponlar Yəzd, Persapolis, Şiraz, İsfahan, Həmədan kimi şəhərlərə səyahət etmək istəyirlər. Turizm sahəsində iki ölkə arasında əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayan T. Şimura bunun hər iki ölkənin iqtisadiyyatının inkişafına təkan verəcəyini bildirib. Turizm isə elə bir sahədir ki, onun inkişafı büdcəyə valyuta axınını təmin edir. Sadəcə olaraq, İranın müvafiq sahəyə məsul olan məmurları bu şansdan səmərəli istifadə edərək ölkədə infrastruktur yaratmalıdırlar.

Dünya iqtisadiyyatının nəhəngi hesab edilən Çin də İran ilə əməkdaşlığını davam etdirmək niyyətində olduğunu bildirib. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao İranın Beynəlxalq Əlaqələr Strategiyası Şurasının rəhbəri Kamal Xərrazi ilə görüşündə bildirib ki, hər iki ölkənin əməkdaşlığı yeni çağırışlara (təhdidlərə) yaxşı cavab olar. Çin İranın Çabahar limanının inkişafında maraqlıdır. Bu liman vasitəsilə Çin Fars körfəzi ölkələri ilə ticarət əlaqələrini genişləndirər. Belə olan halda isə İran tranzit gəlirləri əldə edə bilər. Yeri gəlmişkən, nəzərə çatdıraq ki, Hindistan da Çabahar limanının yenidən qurulması üçün İrana 2 milyard dollar həcmində kredit ayırıb. Rəsmi Dehli bu liman vasitəsilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub Avropa ölkələri ilə idxal-ixrac əməliyyatlarını həyata keçirmək fikrindədir. Bildiyimiz kimi, Hindistandan və digər Cənub-Şərqi Asiya ölkələrindən mallar İranın Çabahar və Bəndər Abbas limanlarına gətiriləcək, buradan isə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən Rusiya və Avropa ölkələrinə ixrac ediləcək. İdxal mallarının bu yolla əks istiqamətdə daşınacağını da nəzərə alsaq, tranzit gəlirin artacağına şübhə etməmək olar.

Bunlardan başqa, bu günlərdə Almaniya hökuməti bəyanat yayaraq İran ilə iqtisadi əlaqələri davam etdirmək üçün yeni variantlar üzərində iş aparıldığını bildirib. Reuters agentliyinin məlumatına görə, Almaniya ABŞ-ın sanksiyalarından yayınaraq İran bazarında fəaliyyətini davam etdirmək qərarına gəlib. Bunun üçün Almaniya, ilk növbədə, beynəlxalq ödəniş sistemindən kənarda xüsusi ödəniş sistemi yaratmaq niyyətindədir. Maliyyə vəsaitlərinin xüsusi sistemlə bank hesablarına köçürülməsi isə sanksiyalardan kənar olacaq.

Beləliklə cari il noyabrın 4-də ABŞ yeni və daha kəskin sanksiyalar tətbiq etmək niyyətini çoxdan açıqlayıb və bu sanksiyaları pozanları ciddi şəkildə hədələyib. Lakin göründüyü kimi, İranın iqtisadi böhrandan çıxış yolları var. Sadəcə olaraq, bu yollardan səmərəli istifadə etmək lazımdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

PSJ 3 xalı darmadağınla qazanıb

Nigeriyada avtomobil qəzasında 30-dan çox insan həlak olub

Fransa və Ukrayna birgə PUA-ların hazırlanması barədə razılığa gəliblər

Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Səudiyyə Ərəbistanı İspaniyadan 20 yeni sürət qatarı alır

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Liverpul” üzərində əzmkar qələbə qazanıb

Türkiyə Superliqası: “Beşiktaş” öz meydanında xal itirib

Bundesliqa: “Bavariya” böyük hesabla qələbə qazanıb

Suriya dənizdə neft-qaz ehtiyatlarının kəşfiyyatına başlamağı planlaşdırır

Türkiyə millisinin basketbolçusu “NBA All-Star”ın heyətinə daxil edilib

“Virgin Atlantic” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda məcburi eniş edib

“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar

“Fənərbağça” Anderson Talişka ilə müqavilənin müddətini uzadıb

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”a, “Zirə” “Sumqayıt”a qalib gəlib

Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib

İrakli Kobaxidze: Gürcüstanın tranzit funksiyasını inkişaf etdirmək əsas vəzifəmizdir

Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın Qış Olimpiya komandasına dəstək: Milanda idmançılarla görüş

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Milandakı Qış Olimpiya Oyunlarında təqdim olunan milli formalar dizaynerlərin diqqət mərkəzindədir

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

Neamts qalası: XVII əsrin gizli iqtisadiyyatı və saxta pul istehsalı

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Marneulidə Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert verilib

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

Nadir metallar uğrunda yarışda Rumıniya Aİ-nin strateji xəritəsində ön plana çıxır

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək