Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib
Bakı, 17 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı 36 hərrac keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 616 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 112,3 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 328-i qeyri-yaşayış, 2370-i torpaq sahələri üzrə olmaqla 2698 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 32,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 145,2 milyon manat vəsait daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [16:55]
Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb
- 17.08.2026 [16:53]
AZAL Atırauya ilk reysini həyata keçirib
- 17.08.2026 [16:36]
Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb
- 17.08.2026 [16:26]
Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
- 17.08.2026 [15:39]
® Aylıq 1 faizdən başlayan “Lombard” krediti
- 17.08.2026 [13:55]