Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 15 milyard 172 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz azdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 14 milyard 734,9 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb, bu da keçən illə müqayisədə 2,5 faiz azdır.
Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 22 dəfə artaraq 606 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 5 faiz artaraq 350,7 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 5,6 faiz artaraq 2 milyard 195,7 milyon kilovat-saat təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [16:55]
Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb
- 17.08.2026 [16:53]
AZAL Atırauya ilk reysini həyata keçirib
- 17.08.2026 [16:37]
Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib
- 17.08.2026 [16:36]
Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb
- 17.08.2026 [16:26]
Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
- 17.08.2026 [15:39]