Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək
London, 17 avqust, AZƏRTAC
Böyük Britaniyada rekord istilər və uzunmüddətli quraqlıqla müşayiət olunan yaydan sonra hava şəraitinin dəyişəcəyi gözlənilir.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Surrey qraflığının Visli bölgəsində artıq 60 gündür yağıntı qeydə alınmayıb. İngiltərə və Uelsin əksər ərazilərində də uzun müddətdir yağış yağmaması quraqlığa səbəb olub. Bu həftə ölkənin bəzi bölgələrində yağış gözlənilsə də, yağıntıların quraqlıq şəraitini əhəmiyyətli dərəcədə dəyişəcək səviyyədə olmayacağı bildirilir.
Yaxın günlərdə havanın nəzərəçarpacaq dərəcədə sərinləşəcəyi, temperaturun ölkə üzrə mövsüm normasından aşağı düşəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə gecə saatlarında temperaturun 3 dərəcəyədək enəcəyi gözlənilir.
İngiltərənin cənubunda təxminən iki aydır çaylarda və su anbarlarında suyun səviyyəsi ciddi şəkildə aşağı düşüb. Hazırda bütün Uels və İngiltərənin böyük hissəsində quraqlıq hökm sürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]