Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib
Ankara, 17 avqust, AZƏRTAC
Türkiyənin “ASELSAN” şirkətinin mütəxəssisləri “SEFİNE” hərbi gəmiqayırma zavodunun mühəndisləri ilə birgə yerli istehsal olan “MARLİN” ekipajsız katerlərini dəniz minalama sistemi ilə təchiz ediblər.
AZƏRTAC xəbər verir ki, yeni sistem katerdən “MALAMAN” “ağıllı” minalarının avtonom rejimdə və ya məsafədən idarəetmə vasitəsilə buraxılmasına imkan verir. Türkiyənin bu tip dəniz sursatları 100 metrədək dərinlikdə fəaliyyət göstərir, aşağı görünmə qabiliyyətinə malikdir, “dost-düşmən” tanıma sistemi və düşmən gəmilərini məhv etmək üçün kombinə edilmiş sensorlarla təchiz olunub.
“MARLİN” ekipajsız katerlərinə “ağıllı” minaların buraxılması sisteminin inteqrasiyası layihəsi son bir il ərzində Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin himayəsi altında həyata keçirilib.
Sınaqlar zamanı kater həm avtonom rejimdə, həm də məsafədən idarəetmə vasitəsilə müəyyən edilmiş dəniz sektorunda minalama həyata keçirib.
Layihənin məqsədi gələcək hərbi-dəniz əməliyyatlarında risk səviyyəsinin aşağı olmasını, operativ çevikliyi və yüksək məxfilik dərəcəsini təmin etməkdir ki, bu da Türkiyə Hərbi Dəniz Qüvvələrinin effektivliyinin artırılmasında mühüm amil olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:23]
Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi
- 17.08.2026 [16:15]
2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb
- 17.08.2026 [15:15]
Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir
- 17.08.2026 [14:38]
Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub
- 17.08.2026 [14:33]