Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
Bakı, 17 avqust, AZƏRTAC
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb.
Avqustun 17-dən 24-dək tarixlərində təlim proqramında və kurslarda iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [16:55]
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
- 17.08.2026 [15:20]
Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir
- 17.08.2026 [14:27]
Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar
- 17.08.2026 [14:11]
“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub
- 17.08.2026 [13:56]
Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar
- 17.08.2026 [13:06]