Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 14-də Böyükşor gölündə suyun yaşıl rəngə boyanmasının səbəblərinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib. Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.
Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:31]
Sabahın hava proqnozu açıqlanıb
- 21.09.2026 [12:04]
ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər
- 21.09.2026 [12:03]
Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır VİDEO
- 21.09.2026 [09:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- 20.09.2026 [23:47]
Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]