İsrail mayın 31-dən Rusiya və Argentinaya səfərləri məhdudlaşdırır
Bakı, 30 may, AZƏRTAC
İsrailin hakimiyyət orqanları koronovirusun yayılması ilə əlaqədar mayın 31-dən etibarən ölkə vətəndaşlarının səfərləri qadağan olunan ölkələrin siyahısına Rusiya və Argentinanı da əlavə edib.
AZƏRTAC xəbər verir ki, bu gün İsrailin səhiyyə naziri məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, qadağa həmin ölkələrdə maksimal yoluxma riski ilə bağlıdır. Səfərlərə yalnız xüsusi hallarda icazə verilə bilər.
Nazirlikdən xatırladıblar ki, “qırmızı sıyahıda” artıq Ukrayna, Efiopiya, Braziliya, Cənubi Afrika Respublikası, Hindistan və Türkiyənin adları var. Bu ölkələrə səyahət icazəsi yalnız səlahiyyətləndirilmiş komissiya tərəfindən verilir. COVID xəstəliyi keçirmiş və peyvəndlənmiş şəxslər də daxil olmaqla, həmin ölkələrdən İsrailə qayıdan bütün sərnişinlər 14 gün ev şəraitində karantin keçməlidir.
Sərəncamın iyunun 13-dək qüvvədə olduğu və müxtəlif ölkələrdə yoluxmanın səviyyəsindən asılı olaraq müddətin artırılacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]