DÜNYA


İtaliyada dağıdıcı fırtına səbəbi ilə ölkənin altı regionu üçün qırmızı həyəcan elan edilib

Roma, 29 oktyabr, AZƏRTAC

İtaliyada dağıdıcı fırtına, aramsız leysan yağışları və tufan səbəbi ilə ölkənin altı bölgəsində qırmızı həyəcan elan edilib.

AZƏRTAC xəbər verir ki, təhlükənin maksimum səviyyədə olduğu Lombardiya, Veneto, Friuli – Venesiya – Culiya, Liquriya, Trentino – Alto-Adidce və Abruçço əyalətlərində küləyin sürəti bəzən saatda 100 kilometrə çatıb.

Ekstremal hava şəraitinə görə bazar ertəsi Roma da daxil olmaqla, bir çox şəhərlərdə məktəblər bağlanıb. Əlverişsiz hava şəraiti ölkədə hökm sürməkdədir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.