Laçınlı kümçülər bu günədək 290 kiloqram barama tədarük ediblər
Ağcabədi, 9 iyun, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü davam etdirirlər. Artıq “Azəripək” MMC-nin nümayəndələri tərəfindən 290 kiloqram məhsul qəbul olunub.
Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, laçınlı məcburi köçkünlər üçüncü ildir ipəkqurdu bəsləyirlər. Bu il rayon üzrə 10 qutu (190 qram) ipəkqurdu toxumu yetişdirilib. Cari mövsümdə 400 kiloqram barama tədarük ediləcəyi gözlənilir.
Qeyd edək ki, laçınlı məcburi köçkünlər 2018-ci ildə 1067 kiloqram, 2019-cu ildə isə 1296,78 kiloqram barama istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]