CƏMİYYƏT


Litvada yeni tədris ili başlayandan sonra koronavirusa yoluxma halları müşahidə edilir

Vilnüs, 9 sentyabr, AZƏRTAC 

Litvada yeni tədris ili başladıqdan sonra məktəblərdə və uşaq bağçalarında koronavirusa yoluxma halları müşahidə edilir.

AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, ölkənin bütün bölgələrində hər 100 min nəfər əhalinin payına düşən yoluxma nisbəti 16 haldan çox təşkil edir.

Litva Səhiyyə Nazirliyinin rəhbəri Aureliyus Veriqa və Milli İctimai Səhiyyə Mərkəzinin nümayəndəsi Rolanda Linqene mövcud vəziyyət barədə ətraflı açıqlama veriblər.

Nazir Litvada təhsil müəssisələrinin koronavirusa yoluxma hallarının qeydə alındığı halda hansı tədbirləri görməli olduqları barədə ona tez-tez suallar verildiyini söyləyib. O, heç də bütün hallarda təcrid edilməyə ehtiyac olmadığını qeyd edib.

“Hər vəziyyətlə bağlı məsələ ayrı-ayrılıqda həll olunur, koronavirusa yoluxmuş şəxslə təmasdaolma sayı əsas götürülür. Lakin bu, dərslərin məsafəli tədris üsulu ilə keçilməsi anlamına gəlməməlidir”, − deyə A. Veriqa söyləyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.