SİYASƏT
Azərbaycan Milli Məclisinin sədri Gürcüstanda Türkiyənin vitse-prezidenti ilə görüşüb
Tbilisi, 16 dekabr, AZƏRTAC
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak etməsi ilə əlaqədar bu ölkədə səfərdə olarkən Türkiyənin vitse-prezidenti Fuad Oqtayla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd edilib.
Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub.
Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi