ELM VƏ TƏHSİL
Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzinin təqdimatı olub
Bakı, 26 dekabr, AZƏRTAC
Xəzər Universitetində bu ali məktəb ilə “NAB” Holdinqin birgə təşkilatçılığı ilə fəaliyyətə başlamış Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzi (MƏFAM) ictimaiyyətə təqdim edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, tələbələr, ölkənin tanınmış elm və sənət xadimləri iştirak ediblər.
Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, MƏFAM-ın məqsəd və vəzifələrindən, əhəmiyyətindən danışıb.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək, MƏFAM-ın milli-mənəvi dəyərlərin formalaşmasında böyük rol oynayacağına əminliklərini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.