Namiq Ələsgərovun dublu sayəsində “Neftçi” mövsümə qələbə ilə başlayıb
Bakı, 21 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Səbail” komandasını qəbul edib.
“Bakcell Arena” stadionunda baş tutan görüşdə “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.
“Neftçi”nin heyətində hər iki qolu Namiq Ələsgərov (16, 66) vurub. “Səbail”in isə yeganə qoluna Peyman Keşavarz imza atıb.
Beləliklə, “flaqman” yeni mövsümə qalibiyyətlər başlayıb.
Xatırladaq ki, turun ilk oyununda “Keşlə” səfərdə “Sumqayıt” klubunu məğlub edib - 1:0.
Turun digər iki görüşündə “Qarabağ” klubu “Sabah”ı, “Qəbələ” isə “Zirə”ni qəbul edəcək. Həmin görüşlər müvafiq olaraq avqustun 22-də və 23-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [21:01]
Azərbaycan Kuboku: "Zirə" finalda "Sabah"a qalib gəlir
- 13.05.2026 [18:50]
Azərbaycan Kuboku: Final oyunu üçün start heyətləri bəlli olub
- 13.05.2026 [18:34]
Azərbaycanın 7 karateçisi Avropa çempionu olub
- 13.05.2026 [18:25]
Azərbaycanın U-21 millisi Türkiyədə 2 yoldaşlıq oyunu keçirəcək
- 13.05.2026 [17:46]
Dik Advokat yenidən Kurasao millisinin baş məşqçisi təyin olunub
- 13.05.2026 [17:01]
Robert Levandovski “Barselona”nı tərk edir
- 13.05.2026 [16:21]