REGİONLAR


Narkomaniya ilə mübarizə cəmiyyətin xilasıdır

Sumqayıt, 25 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

26 İyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Sumqayıt şəhərinin Tarixi Muzeyində “Narkomaniya ilə mübarizə cəmiyyətin xilasıdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Muzeyin direktoru Aygün Zülfüqarlı çıxışında narkomaniyanın mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, narkomaniyaya qarşı ümummilli mübarizə aparmaq lazımdır.

Aygün Zülfüqarlı Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən də danışıb.

Muzeyin əməkdaşı tərəfindən tədbir iştirakçılarına narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanından bəhs edən “Narkomaniyaya yox deyək” mövzusunda mühazirə təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.