“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası Sumqayıtda
AzerTAg.az
Sumqayıt, 25 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası iyunun 25-də “Bravo” marketlər şəbəkəsi ilə birgə Sumqayıt “Bravo” hipermarketində keçirilib. Aksiya zamanı ümumi tutumu 3000 litrdən çox olan plastik butulka yığılıb.
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilir.
“Bildiyiniz kimi, yay mövsümündə plastik butulkalardan istifadə artır, nəticədə plastik tullantıların sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə fəal olmağa səsləyirik”, - deyə o əlavə edib.
Aksiya digər regionlarda da davam etdiriləcək.





Xəbərin mətnində orfoqrafik səhv var