Polşa və Slovakiya Ukrayna üçün Aİ üzvlüyünə namizədlik statusu tələb edirlər
Bratislava, 12 may, AZƏRTAC
Slovakiya və Polşa Ukraynanın mümkün qədər tez zamanda Aİ üzvlüyünə namizədlik statusunu almasına çalışacaqlar.
AZƏRTAC xəbər verir ki, Bratislavada görüşən Slovakiya Prezidenti Zuzana Çaputova və onun polşalı həmkarı Andrjey Duda bu barədə danışıblar. Hər iki siyasətçi bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyü statusuna tərəddüdlə yanaşan ölkələrə birgə səfərlər edəcəklər və dövlət başçıları ilə görüşəcəklər.
Z.Çaputova qeyd edib ki, Avropanın gələcəyi və Avropada sülh naminə Ukraynanın gələcək statusu barədə danışmaq vacibdir: “Bu, avtomatik olaraq tamhüquqlu üzvlük demək deyil və tamhüquqlu üzvlük üçün sözsüz ki, bütün kriteriyalara cavab verilməlidir”. Prezidentin sözlərinə görə, Ukraynanın indiki ağır vəziyyətində namizədlik statusunun verilməsi təbii bir jest kimi dəyərləndirilməlidir.
Prezidentlər görüş zamanı Polşa və Slovakiya arasındakı əməkdaşlığı da yüksək qiymətləndiriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [14:27]
Macarıstan hökuməti 2030-cu ilə qədər avronu qəbul etməyi hədəfləyir
- 20.08.2026 [14:23]
Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib
- 20.08.2026 [14:03]
Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır
- 20.08.2026 [13:54]