İqlim dəyişmələri əsrin sonunadək Avropada meşə yanğınlarının əhatə dairəsini üç dəfəyədək artıra bilər
Berlin, 20 avqust, AZƏRTAC
İqlim dəyişmələri 2100-cü ilədək Avropada meşə yanğınlarının il ərzində əhatə etdiyi ərazini üç dəfəyədək artıra bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun (PIK) alimlərinin apardıqları beynəlxalq tədqiqatın nəticələrində qeyd olunub.
“Global Change Biology” jurnalında dərc edilən araşdırmaya görə, artım qlobal istiləşmənin miqyasından asılı olaraq 39-192 faiz arasında dəyişə bilər. Qlobal temperaturun əsrin sonunda təxminən 1,8 dərəcə yüksələcəyi ssenarisində Avropada yanğınların əhatə etdiyi ərazi 39 faiz artacaq. Temperatur artımı 3,6 dərəcəyə çatarsa, bu göstəricinin 192 faiz yüksələcəyi, yəni yanğın sahəsinin təxminən üç dəfə artacağı proqnozlaşdırılır.
Tədqiqatçılar bildirirlər ki, əsas amil iqlim dəyişmələridir. İsti, quru və küləkli hava şəraitinin güclənməsi qitə miqyasında yanğınların aktivliyini artırır. Bu amilin Mərkəzi və Qərbi Avropa, eləcə də Aralıq dənizi regionuna daha çox təsir edəcəyi gözlənilir.
Araşdırmada torpaqdan istifadə, yanğınların qarşısının alınması və erkən aşkarlanması kimi amillərin də mühüm rol oynadığı vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [16:55]
Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq
- 21.08.2026 [16:45]
Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib
- 21.08.2026 [16:34]
Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb
- 21.08.2026 [16:30]
Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb
- 21.08.2026 [16:27]
Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb
- 21.08.2026 [15:58]
Fransada tufan olub, 26 min ev elektrik enerjisiz qalıb
- 21.08.2026 [15:20]
Son yüz ilin ən güclü “El-Nino”su Britaniyaya fırtınalı payız gətirə bilər
- 21.08.2026 [15:16]
Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir
- 21.08.2026 [15:05]