V qrupda qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə qəbul planı açıqlanıb
Bakı, 20 avqust, AZƏRTAC
V ixtisas qrupu üzrə qabiliyyət imtahanı tələb olunmayan ixtisaslara qəbul planı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qabiliyyət imtahanı tələb olunmayan ixtisaslar üzrə ümumilikdə 795 plan yeri ayrılıb. Bunlardan 550-si Azərbaycan bölməsinin, 25-i rus bölməsinin, 220-si isə birgə müsabiqənin payına düşür.
Dizayn ixtisası üzrə Azərbaycan bölməsinə 510, rus bölməsinə 25, birgə müsabiqəyə 220 yer olmaqla ümumilikdə 755 plan yeri ayrılıb. Qabiliyyət imtahanı tələb olunmayan dizayn ixtisası üzrə qəbul aparan təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, ADA Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Qərbi Kaspi və Xəzər universitetləridir.
Qabiliyyət imtahanı tələb olunmayan dekorativ-tətbiqi sənət ixtisası üzrə isə Azərbaycan bölməsinə 40 plan yeri ayrılıb. Bu ixtisas üzrə qəbul aparan təhsil müəssisəsi Bakı Mühəndislik Universitetidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [16:16]
Habldan 100 dəfə güclü kosmik teleskop hazırlanıb
- 20.08.2026 [16:10]
Beşinci qrupda müsabiqə necə aparılır? – DİM-dən açıqlama
- 20.08.2026 [15:31]
Beşinci ixtisas qrupu üzrə 4 735 plan yeri ayrılıb
- 20.08.2026 [15:25]
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb
- 20.08.2026 [14:23]
Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
- 20.08.2026 [14:21]