İDMAN


“Qarabağ” klubu dünya futbolunda davam edən ən uzun seriyaların siyahısına başçılıq edir

Bakı, 11 may, AZƏRTAC

Dünya futbolunda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasında yer alıb.

Baş məşqçi Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 5 səfər matçında qol buraxmayıb. Bu, hazırda davam edən seriyalar arasında dünya rekordudur.

Planetin yalnız 4 klubu yüksək liqa matçlarında belə uğra malikdir. “Qarabağ”ın üç şəriki arasında “Mançester Siti”də var.

Pep Qvardiolanın komandası Premyer Liqadakı səfər görüşlərində qapısını toxunulmaz saxlayır. Eyni göstəriciyə İsveçdə “Malmö”, Monteneqroda “Sutyeska”da nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.