Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir YENİLƏNİB-3

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan torpaqlarına hay iddialarının davam etdirilməsi haqqında” vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, 23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən vebinarı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbirin mövzusunun aktuallığını qeyd edib. O bildirib ki, ənənəvi olaraq Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfrans “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir…” devizi altında keçirilir. Hər il aprelin 23-də bu günü qeyd edərkən, biz kitabların - bəşəriyyətin ən gözəl ixtirasının sehrli qüvvəsini və onların yaradıcılarının müəllif hüquqlarının tanınmasını təsdiqləyirik. Məhz kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, nəsillər və mədəniyyətlər arasında körpü qurur, məkan və zaman çərçivələrindən kənarda ideya mübadiləsini təmin edir.

K.İmanov diqqətə çatdırıb ki, tarixə aid yalanlarla dolu müasir erməni müəlliflərinin kitabları çoxsaylı olaraq, bir-birinə istinadən, həqiqətə uyğun olmayan “faktları” tirajlayır və bununla “ermənisayağı mənbə”, yəni “dəlillər” sistemi yaratmaqdadır.

“Dediklərim istər hay-erməni tərəfindən keçmişdə yazılan, istərsə də müasir erməni müəlliflərin əksəriyyətinə aiddir. O ki qaldı böyük həvəslə istinad edilən qədim erməni mətnlərinə, onların əlyazmaları, orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı köçürmələr şəklində əksini tapmış olur. Bunların kökündə erməniçilik saxtakarlığı dayanır.

Mütəmadi olaraq, 23 aprelə aid keçirilən konfranslarda məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir. Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasının davamıdır”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Kamran İmanov vurğulayıb ki, yaşadığımız tarixi dövr - miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çaldığı dövrdür! Bu miflərin bariz nümunəsi yenilməz sərkərdə, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgərləri və zabitləri tərəfindən “qələbə daşıyan erməni ordusu” mifinin puç edilməsidir. Bu miflə yanaşı, “erməni motivasiyası”, yəni torpaqların qorunmasında müstəsna cəsarət göstərilməsi mifi də dağıdılıb.

Vebinarın açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov erməni saxtakarlığına qarşı Azərbaycan nə edib və nə etməlidir məsələlərinə toxunub. Nazir bildirib ki, biz hər birimiz erməni mifologiyasını darmadağın edən araşdırmaçıların yetişdirilməsi üçün əlimizdən gələni etməliyik. İndiki dönəmdə, Vətən müharibəsindən sonra, möhtəşəm Zəfərdən sonra Azərbaycanda yeni mərhələ başlanıb. İnformasiya müharibəsi davam edəcək. Bu sahədə alətlərimizdən biri uzunmüddətli və nəticəyönümlü strategiyanın hazırlanmasıdır. Alimlərlə, etnoqraflarla, tarixçilərlə mütəmadi şəkildə işlər aparılmalıdır.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şəhərin tarixinə diqqət çəkən alim bildirib ki, 1752-ci ildə salınmış Şuşa mühüm inkişaf yolunu keçib, Qarabağ xanlığının mərkəzi olub. Rusiya imperiyasının ciddi siyasi-inzibati dəyişikliklər aparmasına baxmayaraq, Şuşa şəhəri siyasi mərkəz kimi funksiyasını davam etdirib. Sovet dövründə 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşa vilayətin mərkəzi elan edilib. Mərkəzin Xankəndinə keçməsi və yeni mərkəzin yaradılması Şuşanın siyasi rolunun azaldılmasına yönəldilmiş məsələ olub. Şuşa Azərbaycan şəhəri kimi yaranıb, inkişaf edib və ölkə həyatında xüsusi yer tutub.

Professor Kərim Şükürov ermənilərin Azərbaycan tarixinin fundamental məsələlərini təhrif etməsindən danışıb, tarixi sənədlərə istinadla erməni saxtakarlığını diqqətə çatdırıb. Alim bildirib ki, erməni tarixşünaslığı bütün hallarda Qarabağ xanlarını bilərəkdən dövlət xaini, dövlətə xəyanət edən şəxslər kimi qələmə verib, halbuki bu xanların Azərbaycan tarixində mühüm rolu olub. Erməni tarixşünaslığının Şuşa tarixini erməniləşdirmək cəhdinin heç bir elmi əsası yoxdur. Tarix İnstitutu bu cəhdləri ifşa edən bir çox tədbirlər keçirməyi, kitablar nəşr etməyi planlaşdırır.

Tarixçi-alim çıxışında Şuşanın həyatında ən önəmli hadisənin şəhərin 2020-ci ildə işğaldan azad edilməsi olduğunu vurğulayıb.

Vebinarda AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov SMOMPK məcmuəsində bir sıra məqalələrin erməni müəllifləri tərəfindən qələmə alındığına diqqət çəkib, onlar tərəfindən Azərbaycan folkloru nümunələrinin erməniləşdirildiyini qeyd edib. Akademik vurğulayıb ki, ayrı-ayrı nəğmələrin məzmunu erməni və rus dillərində təqdim edilərkən belə onun orijinalının Azərbaycan türkcəsində olmasını gizlətmək mümkün olmayıb. Həmin nümunələrin Azərbaycan folkloru ilə bağlı əlamətləri obrazların adında da özünü göstərir. Məcmuədə erməni folkloru kimi təqdim edilən nağıllar Azərbaycan dastanlarının qısa məzmunudur.

Vebinarda politoloq-tədqiqatçı Fuad Axundov ermənilərin Azərbaycanın memarlıq abidələrini dağıtmasına, Qarabağda toponimlərin dəyişdirməsinə, alban kilsələrinin erməniləşdirməsinə diqqət çəkib, Ermənistanın monoetnik bir dövlət olduğunu qeyd edib. Fuad Axundov vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə bizə böyük bir xoşbəxtlik bağışladı. Biz indiyə qədər nəzəri baxımdan nəyi sübut etmək istəyirdiksə, bunu Ordumuz əyani göstərdi. İndi alimlərin üzərinə məscidlərin, tarix-memarlıq abidələrinin əvvəlki şəkillərini, eləcə də dağıdılmış vəziyyətini dünya ictimaiyyətinə göstərmək düşür.

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov vebinarın mövzusuna dair geniş məruzə ilə çıxış edib. O, erməni tarixçilərin saxtakarlığının heç bir elmi əsası olmadığını vurğulayıb.

Kamran İmanov məruzəsində Prezident İlham Əliyevin 2021-ci il sentyabrın 28-də Türkiyənin Anadolu agentliyinə müsahibəsindən bu fikri də sitat gətirib. “... Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”.

Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov, eyni zamanda, professor Oleq Kuznetsovun “Qarabağ uğrunda 2020-ci il müharibəsi: bir il sonra” əsərindəki fikrə diqqət çəkib: “...BMT çərçivəsində beynəlxalq hüquq sisteminin mövcudluğundan bəri və son 75 ildə ilk dəfə Azərbaycan öz silahı gücünə işğalçı dövləti işğal etdiyi ərazilərin azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qərarının tələblərinə qeyd-şərtsiz əməl etməyə məcbur etdi. Beləliklə, o, özündən razı hakimiyyət hərislərinin geosiyasi iddiaları və ambisiyaları üzərində qanunun aliliyinin üstünlüyünü açıq şəkildə nümayiş etdirən beynəlxalq hüquqi presedent yaratdı...”.

Məruzədə qeyd olunub ki, hay-erməni yalanları iki növ tarixi mətnlə təkzib olunur. Birincisi, bunlar tarixi sənədlərdir, ikincisi isə ermənidilli mətnlər də daxil olmaqla, tarixi salnamələrdir və bu torpaqlara səfər etmiş səyyahların ifadələri olan mətnlərdir.

Agentliyin İdarə Heyətinin sədri, həmçinin xatırladıb ki, sovet dövründə Ermənistandan fərqli olaraq, Azərbaycan SSR ermənilərin özlərini rahat hiss etdikləri beynəlmiləl respublika nümunəsi idi və bunun bariz nümunəsi erməni millətindən olan çoxsaylı yüksəkvəzifəli vətəndaşlardır. Beynəlmiləl ənənələrin Azərbaycanın bugünkü yüksək multikultural statusunda davam və inkişaf etdirilməsi bunların bariz nümunəsidir.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin də məruzəsi dinlənilib.

Vebinarda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Əqli Mülkiyyət Agentliyinin erməni saxtakarlığının ifşa edilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm

Məktəbə ilk addımlar: Şagirdlərdə stresin qarşısını necə almaq olar?

Aymen Cəmil: Pakistanın ŞƏT-ə sədrliyi təşkilatın bütün üzvləri və tərəfdaşları üçün geniş imkanlar açacaq

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı VİDEO

Bakıda “IRONMAN 70.3” triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki 3 oyununun təqvimi açıqlanıb

Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və öyrənilmiş dərslər - Ölkə nümunələri üzrə təqdimatlar olub

Yaşar Nurinin məzarı ziyarət olunub

Fransızlar ölkənin maliyyə vəziyyətindən getdikcə daha çox narahatdırlar

Kolleclərdə xüsusi qabiliyyət tələb edən ixtisasların statistikası açıqlanıb

Sahibə Qafarova: Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır

Ağcabədidə pendir istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Auditorlar Palatasının jurnalistlər arasında keçirdiyi fərdi yazı müsabiqəsinin qalibləri açıqlanıb

“Güclü ümid - Sağlam gələcək” - Qan xərçəngi olan şəxslərə necə dəstək göstərilməlidir?

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 390 nəfər qəbul olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionatının finalında

AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Bankların sistem əhəmiyyətliliyinin qiymətləndirilməsi və kapital adekvatlığı qaydaları dəyişib

Şamaxıda vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətləri dinlənilib

Hazırkı dövr əmlak bazarında alıcılar üçün kifayət qədər əlverişlidir - AÇIQLAMA

Professor: ŞƏT-in potensialı Avrasiyanın mərkəzi ilə Asiyanın periferiyasını birləşdirməkdən ibarətdir

Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək